525.Az

Separatçılar Slavyanskda yerli əhalini "canlı qalxan" olmağa çağırır


 

Separatçılar Slavyanskda yerli əhalini "canlı qalxan" olmağa çağırır <b style="color:red"></b>

Ukraynanın Slavyansk şəhərində separatçılar növbəti təxribata hazırlaşırlar.

Konkret olaraq onlar yerli sakinləri Putin üçün videoya çəkilməyə və “canlı qalxan” rolunda çıxış etməyə çağırırlar.
 
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə öz “Tvitter” səhifəsində jurnalist Saymon Şuster yazıb.
 
Bununla belə qeyd edilir ki, Slavyansk sakinləri terrorçuların bu çağırışları ilə şəhərin mərkəzinə toplaşmağa tələsmirlər.

 





02.05.2014    çap et  çap et