525.Az

Xanım İsmayılqızının “Dua yağışı” təqdim olundu- Fotolar


 

Xanım İsmayılqızının “Dua yağışı” təqdim olundu- <b style="color:red">Fotolar</b>

 

Ötən gün Yazıçılar Birliyində (AYB) bəstəkar və şairə Xanım İsmayılqızının “Dua yağışı” kitabının təqdimatı keçirilib. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq müəllifi yeni kitabının təqdimatı münasibətilə təbrik edib, fikirlərini bölüşüb: “Adı Xanım olan xanımlara müraciət edəndə çətinlik çəkirəm. Çünki Xanım xanım desəm, düşünürəm ki, deyərlər, yəqin dili topuq çalır, iki dəfə xanım deyir. Amma yadıma düşür ki, bizdə xanımlara daha bir gözəl müraciət forması var: banu. Ona görə mən sizə Xanım banu deyirəm. Xanım banu doğrudan da çox istedadlı sənət adamıdır. Mən ona görə sənət adamı deyirəm ki, çünki onun yaradıcılığı çox çoxtərəflidir: həm şairədir, bəstəkardır”.  

 

AYB-nin katibi Rəşad Məcid qonaqları salamlayaraq müəlliflə dostluğundan danışıb: “Xanım İsmayılqızı ilə mənim 25 illik dostluq tarixçəmiz var. 90- illərdə biz bir yerdə Tərcümə Mərkəzində çalışmışıq. Onda mərhum Aydın Məmmədov sədr idi. O vaxt Xanım nəşriyyat şöbəsinin müdiri kimi tərcümə işləri ilə məşğul idi. Onun bir xeyli tərcümə əsərləri var. Sonra Xanım gənclik illərindən yazdığı şeirləri üzə çıxarmağa başladı, ondan sonra bir müddət jurnalistlik fəaliyyəti ilə məşğul oldu, bir müddət “525-ci qəzetə yazdı, Azərbaycanın tanınmış sənət adamları ilə müsahibələr götürdü. Sonra Xanımın musiqi bəstələməsi, mahnılar yazması bizim hamımız üçün sürpriz oldu. Mənim bir neçə şeirimə Xanım musiqi bəstələyib. İndi təqdim olunanDua yağışıkitabı da çox sanballı kitabdır. Afaq xanım da kitaba çox yaxşı önsöz yazıb”. 

 

Şair Ramiz Rövşən təqdim olunan kitabın məziyyətlərindən danışıb: “Kitabın adı çox şey deyir: “Dua yağışı”. Xanımın şeirlərində darıxmaq mövzusu qabarıqdı. Darıxmaq situasiya ilə, vəziyyətlə, ətrafla bağlı deyil. Ola bilər ki, Robinzon Kruzo kimi, bir adada tənha yaşayarsan, amma darıxmazsan. Xanımın şeirləri göstərir ki, insan zahirən, hərtərəfli yaxşı, təmin olunmuş, sevgiylə onu sevən insanların əhatəsində insan darıxa tənha ola bilər. Yəni, bu ayrı şeydi. Artıq bu tənhalıq özümüzlə bağlı olan, özümüzdən gələn deyil. Darıxmağın bir çox şəkilləri var, Xanımın şeirlərində isə darıxmaq bu formada özünü göstərir”. Sonra R.Rövşən müəllifin şeirlərindən birini tədbir iştirakçıları üçün oxuyub.  

 

Xanım İsmayılqızının yazdığı şeirlərə, bəstələdiyi mahnılara qulaq asanda gözümün qarşısına həmişə müəllif özü gəlir. Gözəl, əsl Azərbaycan qadını, əsl türk qızı olaraq. Onun yaradıcılığı da özü kimi bənzərsizdir”. Bu fikirləri təqdimat mərasimində Dədə Qorqud Fondunun sədri, “Azərbaycan dünyasıjurnalının baş redaktoru Eldar İsmayılov səsləndirib. Sonra Fondun sədri şairəyə Dədə Qorqud Mükafatını təqdim edib.

 

Şair Çingiz Əlioğlu Xanım İsmayılqızı ilə tanışlığının 1976- ildən başlandığını xatırladıb: “Xanımın bir-birindən gözəl musiqi əsərlərini dinləmişəm, şeirlərini, tərcümələrini oxumuşam. Onu hələ gənclik illərindən tanıyırdım, yaradıcılığını izləyirdim, elə o zamandan uğur qazanacağına inanırdım”.  

 

Dua yağışıkitabındakı şeirlər onun varlığının ifadəsidir, o bu kitabda bizim görünməyən tərəfimizi yaradıb. Mənim Xanımla ilk tanışlığım Tərcümə Mərkəzində olub. 25 ildən artıq davam edən dostluğumuz var. Xanım elə bu şeirlərsiz özü mükəmməl bir poeziyadır. Rəşad müəllim bayaq çıxışında onun şairlik, jurnalistlik, tərcüməçilik, bəstəkarlıq fəaliyyətini vurğuladı. Bu kitab məndə böyük təəssürat yaratdı. Bu kitabda olan şeirlərin hər biri ayrılıqda bir kitabdır bütövlükdə bir kitabdır. Burada bir dənə olsun saxta hissə, saxta düşüncəyə rast gəlmədim”. Bu fikirləri mərasimdə yazıçı Yaşar dilə gətirib.

 

Publisist İradə Tuncay, Xanım İsmayılqızının yaradıcılığını müntəzəm izlədiyini diqqətə çatdırıb: “Bayaq Xanımın şeirlərindəki darıxmaq mövzusundan söz açıldı. Mənə elə gəlir ki,  Xanım hələ böyüməyən uşaqdır. Yəni, kəpənəklərin dalınca qaçan bir uşaq. Bu cəhət mənim xasiyyətimdə var. Yaş sadəcə bir rəqəmdir. Kimsə 18 yaşında 60 yaşında ola bilir, kimsə 60 yaşında 18 yaşında olur. Ona görə mən Xanımın içindəki çocuğu qorumasını istəyirəm. Ruhundakı o gözəlliyin, təmizliyin həmişə qalmasını arzulayıram”.

 

Şairə Telli Pənahqızı deyib ki, Xanım İsmayılqızı daxilən həmişə təmiz, saf olub: “Təsadüfi deyil ki, bu gün onun ətrafına yığışan insanlar onunla dost olduqlarını dilə gətirdilər. Dost olmaq çox çətin məsələdir. Xüsusilə indiki dövrdə. Dostluğu 25 il qoruyub saxlamaq sübut edir ki, hər iki tərəfdə çox böyük saflıq, gözəllik qarşılıqlı hörmət olub. Mənim düşüncəmə görə, şeir heyrətdən doğur. İnsan nəyəsə heyrətlənəndə, nəyəsə inciyəndə, nəyisə sevib cavabsız qalanda şeir yaranır. Bəxtəvər adam şeir yazmır. Kimin ki, ürəyində dünyanın, insanların, küçənin, yalqızlığın, qışın dərdi varsa onları başa düşürsə, onlara ağlayırsa, deməli onun ürəyi çox böyükdür, o mütləq şeir yazacaq.  Arzulayıram ki, bu dualı, içi hisslərlə, duyğularla dolu olan kitab hər birimizin ürəyinə istilik, hərarət bəxş eləsin”.  

 

Tənqidçi Vaqif Yusifli neçə gündür Xanım İsmayılqızınınDua yağışıilə baş-başa qaldığını vurğulayıb: “Son illərdə mənim oxumadığım az şeir kitabı qalmış olar. Amma elə kitab var ki, adamın içini tərpədir. Xanım İsmayılqızının özü ilə duet oxumasam da, şeirlərindəki dərdlə, ağrıyla, tənhalıqladuet oxumuşam. Mənə elə gəlir ki, Xanım İsmayılqızının bütün yaradıcılığı boyu səpələnən ruhunu toplamaq üçün yollardadır. Bu şeirlər kitabında Xanımın içini, duyğusunu görürəm. Onunu şeirlərində çoxlu obrazlar var: yağış, külək, səs, ruh sair. Elə bil ki, Xanım öz ruhunun ardınca qaçır. Bütün şairlər darıxır. Xanımın şeirlərində bu öz əksini tapır”.

 

Xanım İsmayılqızının bütün şeirlərində, bütün mahnılarının sözlərində ürək var, ruh var. Mən o ürəyin, duyğuların istisini hiss eləyirəm”. Bu fikirləri tədbirdəAzərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə səsləndirib.

 

Şair Baba VəziroğluDua yağışıkitabının sanbalı haqqında söz açıb, gözəl mətnlər yazmaqla bərabər ürəyəyatan mahnılar bəstələdiyinə görə onu unikal şəxsiyyət kimi səciyyələndirib.

 

Gənc şairə Arzu Hüseyn sosial şəbəkə vasitəsilə Xanım İsmayılqızı ilə tanış olduğunu deyib, onun gözəl dost olduğunu qeyd edib. 

 

İlqar Əlfi müəllifin şeirləri ilə hamıya doğmalaşdığını çıxışında önə çəkib.

 

Xalq cəbhəsiqəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli bildirib ki, Xanım İsmayılqızının şeirləri  özünə bənzəyir: “Bəlkə Xanım bircə misra da yazmasaydı yenə Allaha, insana sevgisi, humanistliyi, davranışı ilə təpədən dırnağa şairdi”.

 

Sonda çıxış edən Xanım İsmayılqızı tədbirin təşkilatçılarına qonaqlara minnətdarlığını bildirib.

 

S.MÜRVƏTQIZI

 

 





03.05.2014    çap et  çap et