525.Az

“Ulduz”un yeni sayı: fərqli tərtibat və maraqlı materiallar


 

“Ulduz”un yeni sayı: fərqli tərtibat və maraqlı materiallar<b style="color:red"></b>

BugünlərdəUlduzjurnalının aprel sayı işıq üzü görüb. Aylıq ədəbiyyat dərgisinin yeni nömrəsi bu yaxınlarda jurnala baş redaktor təyin olunmuş Qulu Ağsəsinİsa Hüseynov Muğannayazısı ilə açılır: “İsa Hüseynovun bütün yazdıqlarının mayası yerdən, torpaqdan götürülüb. Yəqin ona görə biz İsa müəllimi sevir təqdir eləyirik. Çünki biz yer adamlarıyıq, boyumuz torpaqdan olsa-olsa onca qarış yuxarıdı. Mən Muğannanın SAF OD ÜZ planetlərinə səfərindən arxayınam: o gedir qayıdır. Hətta bəzən gündə 2-3 dəfə. Ancaq geri qayıdanda Muğannanın ayaqları YERƏ DƏYMİR. Yəqin ona görə, dedikləri HAVADAN ASILI QALIR”.

 

UlduzunŞeir vaxtında Çingiz Əlioğlunun silsiləsi, Həyat ŞəmininAyağına gəlmişəm, dur, boyumu qucaqlabaşlığı altında yeni şeirləri təqdim olunub.

 

Ulduzjurnalı iləƏdəbiyyat qəzetinin birgə layihəsi olanVariasiyada müxtəlif dillərdən tərcümə variantları verilir: “Şərtimiz çox sadədir: xarici dildə yazılmış bir şeir təqdim olunur, müəlliflər isə onu azərbaycancaya çevirirlər. Bir şeirin onlarla variantı ola bilər”. BuVariasiyada oxucular tərcümə həvəskarlarının Moskvada onilliklərdir Azərbaycan ədəbiyyatının təbliği ilə məşğul olan Alla AxundovanınRevnostşeirinin tərcümə variantlarını oxuya bilərlər.

 

Qısa fikirlər xəzinəsibölümündəLaroşfukonun fikirləri üzərində variasiyalarİlqar Fəhminin tərcüməsində təqdim edilib: “Bizim xeyirxahlıq fəzilətlərimiz, əksər hallarda çox yaxşı maskalanmış qüsurlardan başqa bir şey deyil...Sadəcə, maskalar gözəldi. / Bəzi hallarda hiyləgərin toruna düşməmək üçün adi kobudluq da kifayət edir./ Elə adam yoxdu ki, sevgi bitəndən sonra xəcalət hissi çəkməsin. / Sevgi birdi, lakin saxta surətləri çoxdu./ Sevgi hissi insanın içində alov kimi rahatlıq bilmir. Ümid qorxu olmasa, adətən bu hissin sonu da çatır. İstədiyinə çatmaq ümidi əlində olanı itirmək qorxusu. Sevgini yaşadan bu iki hissdən biridir”.

 

Ümumrusiya Azərbaycan Konqresi saytının baş redaktoru Nilufər Şıxlının poetik nümunələri jurnalınQürbət şeirləribölümündə yer alıb.

 

Ulduzun bu nömrəsində Təranə Vahidin təqdimatında Cəlil Məmmədquluzadənin ev-muzeyindən hazırlanan reportaj öz əksini tapıb.

 

Fərid Hüseynin qonağı Estoniya prezidentinin şəxsi tərcüməçisi, şair  Xaqani Qayıblıdır. “Estoniyanın başqa adımüsahibəsində şairin bugünlərdə işıq üzü görmüşYenə canım söz gəzirkitabı haqqında, eləcə poeziya sənətə söhbətlər qonağın şeirləri təqdim edilib.

 

Ulduzjurnalı ilə “525-ci qəzetin birgə layihəsiBenefisPərvinin təqdimatında oxucuların görüşünə gəlib. “Dünyada hər ki olub...olacaq!” yazısında aktyor Cahangir Novruzovla söhbət işıqlandırılıb, müəllif şəxsi prizmasından çıxış edərək maraqlı fikirlərini bölüşüb: “Görünür yaratdığı obrazlar Cahangir Novruzovun varlığına, ruhuna hopublar, ona görə. Bunlarsız, aynada əks etdirdiyi insanlarsız onu təsəvvürə gətirmək, danışmaq, müşahidə etmək mümkündü”.

 

Dərginin maraq doğuranMuncuq oyunulayihəsində Rüfət Əhmədzadə, Könül Səid, Səbuhi Şahmursoy, Anar Rafiqoğlu, Səid Əliyev Oktay Hacımusalının müəllifliyi iləPencəkhekayəsi verilib.

 

Tərcümə saatırubrikasında Slovakiya şairlərinin şeirlərini S.Məmmədzadə tərcümə edib.

 

Rüfət Əhmədzadənin Herman Hessedən tərcümə etdiyiKitab adaməsəri jurnalın aprel sayında yerini alıb: “Oxucu aldadılıb-bütün maddələr üzrə aldadılıb! Hər səhifəni səhifə arxasınca çevirib oxuyarkən, sən demə, kağızdan olan həyat yaşayırdı. Bu həyatın, bu miskin kitabın arxasında isə əsl həyat qaynamaqda idi...”

 

Vaqif YusiflininAnımrubrikasında təqdim olunanUstad nasiryazısı İsi Məlikzadəyə həsr olunub: “İsi Məlikzadənin yaratdığı SÖZ DÜNYASI yaşayır. İsi Məlikzadənin əsl ömrü o SÖZün ömrü qədərdir...”

 

Aydın DadaşovunPostmodernizm modernizmin inkarı kontekstindəyazısında mövzuya fərqli yanaşma tərzi qələmə alınıb.

 

Əli Ninoromanının baş qəhrəmanlarıhaqqında bu dəfə Almaniyadan türk yazarı Orxan Aras düşüncələrini bölüşüb: “Əsəd Bəyin şah əsəriƏli Ninoromanı ilk dəfə yayınlandığı 1937-ci ildən bəri həl müzakirə olunmaqda oxunmaqdadır. Əslində romandakı iki tarixi şəxsiyyət Əli Nino obrazları sözləriylə yaşadıqları dönəmi bütün yönləriylə ortaya qoymaqdadırlar”.

 

Jurnalın əməkdaşı Hicran Hüseynovanın təqdim etdiyiAsan xidmətlayihəsində Eyvaz Borçalının tərcüməsində PuşkininMən sizi sevirdimşeiri dərc edilib.

 

Ulduzla ayb.az saytının birgə layihəsi- İlham Abbasovun təqdim etdiyiƏdəbiyyat üzrə Nobel mükafatı laureatlarından bu dəfə Karl Gellerup haqqında bəhs olunub: “Sağlığında onun yaradıcılığı ədəbi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılansa da, ölümündən sonra nəinki sənəti, hətta adı da demək olar ki, unuduldu...”

 

Yeni tərtibatda nəşr olunanUlduzdiqqətçəkən maraqlı layihələrindən biri Dərgidə kitabdır. Burada şairə tərcüməçi Könül Həsənqulunun yaradıcılığına yer verilib, onunZəmi nəğmələri”, “Riyaziyyatsilsilələri, “Tütək nəğməsi”, “Böyük şair ürəyi”, “Qarabasma”, “Pencək”,  Axına qarşı üzən balıqlarşeirləri işıq üzü görüb.

 

Sevinc MÜRVƏTQIZI

 

 





03.05.2014    çap et  çap et