525.Az

Əfqanıstanda təbii fəlakət: 2 min nəfər itkin düşüb, 300 ev torpaq altda qalıb


 

Əfqanıstanda təbii fəlakət: 2 min nəfər itkin düşüb, 300 ev torpaq altda qalıb<b style="color:red"></b> Əfqanıstanın cənub-qərbində baş verən torpaq sürüşməsi nəticəsində iki min nəfərin itkin düşdüyü ehtimal edilir.
 
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, “Anadolu” agentliyi təbii fəlakət nəticəsində 400-ə yaxın insanın öldüyü haqda xəbər yayıb.
 
Məlumata əsasən, hadisə Bədəxşan əyalətində, dağ ətəyi ərazidə yerləşən Hobo Barik qışlağında baş verib.
 
Mənbə bildirib ki,  300 ev torpaq altında qalıb.
 





03.05.2014    çap et  çap et