525.Az

Bakıda daha bir avtomobil yolu çökür


 

Bakıda daha bir avtomobil yolu çökür<b style="color:red"></b>

Bu gün Bakıda Zabrat dairəsi-Maştağa-Buzova avtomobil yolunun 15-ci km-də (Buzovna ərazisində) bir neçə hissədə çökmə baş verib.

“APA-Economics”in hadisə yerində olan müxbirinin məlumatına görə, hazırda kommunikasiya işləri ilə bağlı qazıntı işləri aparılır.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics” qeyd edilən ərazidə bir neçə hissədə çökmə baş verdiyini təsdiqləyib.
 
O əlavə edib ki, hazırda ərazidə müvafiq işlər görülür.

 





03.05.2014    çap et  çap et