525.Az

Yazıçı Natiq Rəsulzadə haqqında film çəkilir


 

Yazıçı Natiq Rəsulzadə haqqında film çəkilir<b style="color:red"></b> Azərbaycan televiziyasında “Şöhrət” ordenli yazıçı, kinodramaturq, əməkdar incəsənət xadimi, Azərbaycan PEN klubunun vitse-prezidenti Natiq Rəsulzadənin həyat və yaradıcılığına həsr olunmuş “İstedadın məsuliyyəti” adlı sənədli filmin çəkilişləri bitmək üzrədir.
 
Natiq Rəsulzadənin Lent.az-a verdiyi məlumata görə, sənədli filmin nümayişi yazıçının 65 illik yubileyinə planlaşdırılır: “Filmdə ədəbi və ictimai fəaliyyətim, Maksim Qorki adına Ədəbiyyat institutunda təhsil aldığım zaman yaşadığım maraqlı hadisələr haqda ətraflı danışılacaq. Artıq filmin üzərində tamamlanma işləri gedir. İyun ayında filmin təhvil verilməsi gözlənilir”.
 
Qırx dəqiqəlik film geniş kütlə üçün nəzərdə tutulub.
 





05.05.2014    çap et  çap et