525.Az

Qafqaz Universitetində İnformatika Layihə Olimpiadası keçirilib


 

Qafqaz Universitetində İnformatika Layihə Olimpiadası keçirilib<b style="color:red"></b>

Ümumtəhsil məktəbləri şagirdlərinin VII İnformatika Layihə Olimpiadası (İLO) final mərhələsi Azərbaycanın öndə gedən ali təhsil müəssisələrindən biri olan Qafqaz Universitetində keçirilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi «Nano elektronica Estet kompani» olimpiadasının təşkilatçılarıdır.

Açılışa Azərbaycan ictimaiyyəti ilə yanaşı, Türkiyənin Fatih Universitetinin rektoru, prof.dr. Şerif Ali Tekalan, Turqut Özal Universitetinin rektoru Prof. Dr. Abdulkadir Şengün, SuleymanŞah Universitetinin rektoru, prof. Dr. Hüseyn Ekiz də qatılıb.

Olimpiada “Lazım olsa, super bir veb səhifə hazırlayaram, mən də film çəkə bilərəm, animasiya yarışı olsaydı, qatılmaq istərdim, proqram yazmaq mənlikdir, uşaqlıqdan maraqlı qurğular hazırlamaq xəyalımdır, şagird gələcəyin vətəndaşıdır” kimi fikirlər bir çox gəncimizdə var. Əgər siz də bunlardansınızsa, onda bu yarış sizin üçündür!» devizi ilə keçirilib. İLO respublikamızın İT və kompüter texnologiyaları sahəsində ən bacarıqlı şagirdlərini bir araya gətirmək arzusundan yaranıb. Bu il VII dəfə məktəblərarası İnformatika Layihə Olimpiadasında iştirak etmək üçün qeydiyyata çoxdan başlanılmışdı. Keçmiş yarışlarda müxtəlif şəhər və rayonlardan, lisey və məktəblərdən şagirdlər iştirak edib və qiymətləndiriliblər.

Bu il də yarışda Azərbaycan Respublikasının müxtəlif zonalarından, müxtəlif məktəblərindən şagirdlər hazırladıqları layihələrlə iştirak ediblər. Yarışın məqsədi şagirdlərin öz ideyalarını kompüterdə tətbiq edərək, maarifləndirici və tərbiyəvi əhəmiyyətli layihələr hazırlaması və bunun vasitəsilə onların həm kompüter biliklərinin artmasına yardımçı olmaq, həm də kompüterdən gözəl məqsədlərdə yararlanmağa təşviq etmək idi.

Olimpiadanın keçirilməsində məqsəd məktəblilərin İKT sahəsində biliklərinin və İKT-yə olan maraqlarının artırılması, müasir texnologiyalardan istifadə bacarıqlarının inkişaf etdirilməsi olduğundan olimpiadada bir neçə kateqoriya üzrə layihələr təqdim olunub. Həmin kateqoriyalara aid olan «Qısa Film»ə 14, «Animasiya»ya 9, «Web Səhifə»yə 11, «Proqramçılıq»a 7, «Robotics»ə isə 11 layihə təqdim olunub. Yüzlərlə ziyarətçisi olan sərgidə diqqəti ən çox cəlb edən beynəlxalq təhsil mərkəzinin türk liseyinin şagirdlərinin hazırladığı yanğınsöndürmə maşını və Sumqayıt təfəkkür liseyinin şagirdlərinin hazırladığı işiğın polyarlaşması və maşınqayırmada tətbiqi layihəsi idi.

Layihələrin qiymətləndirilməsi ixtisaslı müəllimlər və İKT üzrə mütəxəssislər tərəfindən aparılıb. Müasir zamanda yeni informasiya texnologiyalarının və kompüter texnikasının son nailiyyətləri ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə də tətbiq edilə bilər.

 





05.05.2014    çap et  çap et