525.Az

Con F.Kennedi: “Mərdliyin profilləri”


 

İngiliscədən Telman Orucov tərcümə edib

 Con F.Kennedi: “Mərdliyin profilləri” <b style="color:red"></b>

(Əvvəli ötən şənbə saylarımızda) 

 

 

Lakin FiladelfiyaPress”-inin gözündə onundövlət xadimliyi eqoizm içində dreyf edirdi”, çünki o, nəhəng təzyiqə müqavimət göstərib ittiham əleyhinə səs vermişdi. Çikaqoda Respublikaçıların qurultayı qərara aldı ki, “Respublikaçılar Birliyinin səsləri əsasında seçilmiş hər bir Senator, kim ki, bu vaxt geri çəkilmiş xəyanət etmişdirsə, alçaqdır biabır ediləcəkdir, bu sərbəst hökumətə dözüldükcə təhqir ediləcək ona nifrət ediləcəkdir”. İllinoys Respublikaçılarının lideri möhtərəm Trumbullu xəbərdar etdi ki, “özünü Çikaqonun küçələrində göstərməsin; çünki mən qorxuram ki, onu ən rahat olan işıq dirəyindən asacaqlar”.

 

Lakin ictimai xidmətdəki parlaq karyerasını onu məhkum edən partiyaya özünü həsr etməsini başa vuran Limen Trumbulldan imtina edildikdə, həmin xəbəri belə dözümlü xarakterli sözlərlə qarşıladı:

 

Məsələ, Endryü Consonun hökmən Prezident vəzifəsini tutmalı şəxs kimi olmasına ya orada qalmasına aid deyildi... Bir dəfə qoyulan qayda kimi Prezidentin impiçment nümunəsi, bunun üçün Nümayəndələr Palatasının həyəcanı yatırılanda, kifayət olmayan səbəb kimi qiymətləndiriləcəkdi, Prezidentin gələcəyi isə Nümayəndələr Palatasının çoxluğu Senatın üçdə iki səsi ilə baş verən fərqli tədbirə məruz qaldıqda, onlar isə bunu mühüm hal hesab edirlər, heç təhlükəsiz olmayacaqdır. Konstitusiyanın belə ehtiyatla icad edilmiş onun daimiliyi üçün belə həyati əhəmiyyət daşıyan yoxlamaq tarazlaşdırmaq prinsipi necə olacaqdı? Onların hamısı qurtarıb getmişdir... Mən belə nəticəni almaq üçün alət olmaq istəmirəm, hətta dostluq vurğunluq bağları ilə risk, indiyədək səssiz dövrlər mənim motivimə görə mühakimə edəcək, əyilmədən vəzifədən  getməkdən başqa mənə bir alternativ saxlamayacaqdır”.

 

Tennessidən olan Cozef Smit Fouler Ross, Henderson təzə Senator Van Uinkl kimi ilk dəfə Prezidentin impiçmentə layiq olduğunu düşünürdü. Lakin keçmiş Neşvill professoru Nümayəndələr Palatasının Consona qarşısaxtakarlığa əsaslanansübutlar vasitəsi ilə Ben Batlerinkorrupsiyası biabırçılığıvasitəsilə impiçment qətnaməsinə sövq ediləndə, Nümayəndələr Palatasının dəli ehtirasından dəhşətə gəldi. Ben Batleri isə o, “Birləşmiş Ştatlar Senatını siyasi gilyotinaya (Böyük Fransa İnqilabının edam üçün geniş istifadə etdiyi, Geotenin icad etdiyi məşhur ölüm aləti tərcüməçi) çevirməyə çalışan pis adamhesab edirdi. O, “ayrılma dövrü vasitəsilə üzə çıxmış siyasətçilərin tərəfindəözünün burnundan tutulub aparılmasını rədd etdi. Məqsədi isəötüb keçən inqilabın kösövlərini közərmiş şəkildə saxlamaq idi”. Öz Radikal Respublikaçı yoldaşları tərəfindən hədələnən, təhqir edilən biabır edilən əsəbi Fouler 16 maydakı cavabında o qədər büdrədi ki, bu ilk dəfə səhvəntəqsirkardırsözü kimi qəbul olundu. Senatı zəfər dalğası bürüdüConson ittiham edilmişdir, Rossun səsinə ehtiyac olmayacaqdır, lakin sonra təmiz aydın şəkildətəqsirkar deyilcavabı gəldi.

 

Onun yenidən seçilməsi mümkün deyildi, Fouler iki il sonra öz müddəti qurtaranda sakitcə Senatdan istirahətə getdi, lakin bu hərəkət onun öz səs verməsinin müdafiəsi üçün sadə bir bəyanat verilmədən ötüşmədi: “Mən öz ölkəm gələcək nəsillər üçün Allahın iradəsinə tabe olmaqla hərəkət etdim”.

 

Ayovadan olan Ceyms U.Qrimes Senatda Consonun ən acı nüfuzlu düşməni olmaqla, inandırılmışdı ki, mühakimənin niyyəti yalnızburadan yer üzərindəki ən ləyaqətsiz məsuliyyətsiz məxluqlar tərəfindən göndərilən yalanlarvasitəsilə ictimai ehtirasları qızışdırmaqdır. (Bu, güman ki, Vaşinqton müxbirlərinin son səksən yeddi ildə yaxşılaşdırılmış keyfiyyətinin şəhadəti idi).

 

Bədbəxtlikdən təhqir hədələr mühakimə vaxtı onun üstünə yazılmaqla, səs vermədən iki gün əvvəl onu iflic zərbəsinə hədəf etdi o, öz çarpayısına bağlandı. Hansısa təxirə salınmadan imtina edən Radikal Respublikaçılar sevinərək əmin oldular ki, Qrimes o qədər xəstədir ki, mayın 16-da faktiki olaraq gəlməyəcəkdir ya belə səbəb gətirəcəkdir, çünki xəstəlik onun gəlib səs verməsinin qarşısını alır bu, onun karyerasının sonu olacaqdır. Qalereyalarda camaat oxuyurdu: “Qoca Qrimes ölmüşdür, biz onu bir daha görməyəcəyik”. Nyu-YorkunTribuneqəzetində Horatsi Qriili yazırdı: “Bu belə görünür ki, əgər heç bir nəsil tarixin xəbərdarlıqları arasında yaşamalı olan bir nəfəri verməsə, ötüb keçə bilməyəcəkdir. Biz Benedikt Arnolda, Aaron Barra, Cefferson Deyvisə (Cənub Ştatları Konfederatının prezidentitərcüməçi) indi Ceyms U.Qrimesə malikik”.

 

Lakin Ceyms U.Qrimes mənəvi igidliyə olan kimi, həm böyük fiziki igidliyə malik idi mayın 16-da başlanan səsvermədən azacıq əvvəl dörd adam Ayovadan olan sifəti ağarmış solmuş Senatoru zaldakı öz yerinə gətirdi. O, sonralar Fessendenə yazıb, onun əlini sıxırdı onaşərəfli təbəssüm göndərirdi”. “Mən bu gün həmin ad çağırmanı həyatın ən yüksək fərqli hesab etdiyim an olduğu barədə fikrimi dəyişə bilmərəm”. Baş hakim belə gümana görə, səs verəndə onun yerində oturuqlu qalması yol verilən olacaqdır dedikdə, dostlarının köməyi ilə Senator Qrimes güclə ayaqları üstünə qalxdı təəccüblü qaydada möhkəm səslə dedi: “Təqsirkar deyil”.

 

Portreti yandırılan, mətbuat tərəfindən dəli gücsüz adam kimi ittiham edilən, öz ştatı dostları tərəfindən biabır edilən Qrimes heç vaxt sağalmadılakin ölümündən əvvəl dostlarına elan etdi ki,

 

Mən hər vaxt Allaha minnətdar olacağam ki, mühakimənin belə narahat saatında çoxları özəl qaydada etiraf etmişdilər ki, onlar öz ədalətlərini öz vicdanlarını partiya qəzetlərinin göstərişinə partiya nifrətinə qurban vermişlər, mən mərdlik göstərdim ki, andıma vicdanıma düz olum... Yəqin ki, mən partiya göstərişinə görə andımı pozmadım, lakin mən onu görə bilməyəcəyəm ki, həmin yolla öz məsuliyyətimə, yalnız öz vicdanıma məni Yaradana arxalanmaqla hərəkət edən hakimə çevrildim heç bir qüvvə məni məcbur edə bilməzdi ki, belə məsələdə əks qaydada qərar verim, istər bu, mənim dostlarımdan ya düşmənlərimdən düzələn partiya olsun”.

 

 

VII

 

 

Lutsius Kvintis Tsintsinnatus

 

Lamar

 

Bu gün mən düz ya

 

saxta olmalıyam...”

 

    

 

Heç kəs heç vaxt görməmişdi ki, belə möhkəm veteran, Nümayəndələr Palatasının spikeri Ceyms Q.Bleyn ağlasın. Lakin oturduğu yerdə heç bir utancaqlıq hiss etmədən onun göz yaşları yanaqlarından axırdı, o, öz emosiyalarını palata üzvlərinin müşahidəçilərin baxışlarından gizlətməyə qadir deyildi. Zaldakı qalereyalardakı az sayda adam 1874- ilin həmin dramatik günü mister Bleynə diqqət verirdi əksəriyyət öz göz yaşlarını gizlətməyə cəhd edirdi. Demokratlar Respublikaçılar eyni qaydada, Vətəndaş Müharibəsinin döyüş çapıqları olan veteranları siyasətin gücü, kədərli sakitlikdə oturub Missuridən olan təzə Koqressmeni məcburi qaydada dinləyirdilər. Çıxış edən sakit, adəti ritorika icadlarına əl atmadan özünün dolğun, qüvvətli səsi ilə hər bir dinləyicinin ürəyinə, Şimal Cənub arasında dostluq ədalətin bərqərar olması üçün sadə yalvarışla toxunurdu.

 

Onun söylədiklərindən hər şeyə toxunulurdu, lakin həmçinin bu sözlərin təsiri adamları sarsıdırdıçünki Missuridən olan Lutsius  Lamar Cənubun ən əvəzedilməz düşməni, Radikal Respublikaçı, Cənub üçün Yenidənqurma dövründə qaralar üçün dəhşətlərin törədilməsinə kömək etməsi ilə heç vaxt yaddan çıxmayan bir adamın adınaMassaçusetsdən olan Çarlz Samnerə müraciət edirdi. Çarlz Samner Deniel Uebsteri Birliyi qoruyub saxlamaq yollarını aradığına görə satqın adlandıraraq ona hücum etmişdi. O, Konqressin kütlə idarəçiliyinə qarşı səs verdiyinə görə Edmund Rossun dar ağacına çəkilməsinə kömək etmişdi, bu isə ona Cənuba Prezidentliyə öz dabanı altında müstəvi verəcəkdionun öz ölümü Senat zalında illərlə əvvəl Cənubi Karolinadan olan Konqressmen Bruks tərəfindən çəliklə dəhşətli dərəcədə döyülməsi ilə sürətlənmişdi. Bu hadisədən sonra Bruks Cənub qəhrəmanına çevrilmişdi, Çarlz Samner isə bu vaxt ölmüşdü. Lutsius Lamar müharibədən əvvəlki günlərdə vaxtsa ən quduzalov yeyənlərdən biri olmaqla, Cənubun lap dərinliyindən çıxmışdı, Nümayəndələr Palatasının zalında duraraq, öz gedişini sərt dillə demək şəklindəki nitqlə çatdırmışdı.

 

Çarlz Samner öləndən əvvəl Lamar onun barəsində özünün sakitləşən auditoriyasına demişdi:

 

İnanırdı ki, Şimalla Cənub arasında mübarizəyə inamsızlığa aid bütün hadisələr ötüb keçəcəkdir. Bu, Şimal Cənub adamlarının əgər böyük kütləsinin ümumi hissi deyildisə ya əgər o  yoxdursa, olmalı idimi, ya olmamalı idi? Biz bəşər meyllərinin rəhmdilliyinin həyata keçirilməsi üçün bu ciddi yalvarışların qalıqlarını şərəfləndirəcəyik ya yox, barışıqlarda kənarda durmaqla yalnız anlaşılmazlığın inamsızlığın əbədiləşməsinə xidmət edirik hər iki tərəfdən ağıllı etirafı biz bir nəfər kimi daha ciddi surətdə, hissimizdə ürəyimizdə arzulamırıqmı?... Bu məşhur ölənin ruhu, hansına ki, biz ağlayırıq, qəbirdən hər iki partiyaya hüznlü fikir ayrılığını deyə bilər onun deyiliş tonu ilə bu geniş ərazinin hər yerində hər bir kəsə hər bir ürəyə çatmalıdır: “Mənim həmvətənlərim! Bir-birinizi tanıyın sizin biriniz digərini sevəcəksiniz”.

 

Ümumi sakitlik yarandıbu düşünmək üçün olan şok sakitliyi idi. Bu vaxt birdən bütün tərəflərdən alqışlar səsləndi. “Mənim Allahım, bu necə bir çıxış idi!” – Nyu-Yorkdan olan Konqressmen Limen Trimeyn Pennsilvaniyadan olanDəmir Donuzləqəbli Kelliyə dedi: “Bu bütün ölkə boyu səslənəcəkdir”.

 

Amerikan siyasi tarixinin az sayda natiqi belə qəfləti zərbəyə malik olmuşdu. Bir gecə ərzində bu, Lamarı Konqressin ölkənin birinci adamları səviyyəsinə qaldırdı; daha əhəmiyyətlisi, Şimalla Cənub arasında dönüş nöqtəsini göstərməsi ilə əlamətdar idi. İki həftə sonra Samnerin panegiriki Missuridən olan Çarlz Sxurts Bostonun on min vətəndaşı qarşısında dayanıb Lamarı Şimalla Cənubun əlaqələrində yeni günün peyğəmbəri kimi salamladı. BostonunGlobeqəzeti Lamarın Samner barədə çıxışınıCənubda Birliyin bərpasının sübutuadlandırdı; BostonunAdveritiserqəzeti deyirdi ki, bumüharibədən bəri Cənubdan eşidilən ən əhəmiyyətli ümidverici kəlamidi.

 

Bu labüd idi ki, həm Şimaldan, həm Cənubdan bəziləri onu düzgün başa düşməsin. Keçmiş Konfederatın ştatları üzərində federal hegemonluqdan asılı olan Şimallıların siyasi hakimiyyəti sektsional mübarizənin sağaldılmasının istənilən cəhdinə qarşı müqavimət göstərirdi. Göz yaşları quruduqda Ceyms Bleyn Samner barədə panegirikini yazırdı: “Bu Cənub nümayəndəsində pozitiv dühanın əlaməti idi ki, mister Samner barədə hərarətli ayrı-seçkilik panegiriki tələffüz etsin Con Uesli kimi mister Samnerin inandığı bütün əclafların cəminə inanmalı olduğundan, onu müdafiə etmək üçün ağıllı surətdə naxış toxudu”.

 

Çarlz Samner Cənublular üçün müharibədən əvvəlki abolitsionist hərəkatının ən pis simvolu idi müharibədən sonrakı yenidənqurmaya o, xəyanət edildiyini hiss edirdi. Missisipinin bir sıra aparıcı qəzetləri, KolumbusunDemosrat”-ı, KantonunMail”-i MeridianınMercury”-si daxil olmaqla, onun köhnə dostlarının çoxunun etdiyi kimi Lamarı cəsarətlə tənqid edirdilər, onun Cənub prinsiplərini şərəfini təslim etməsi fikrini dəstəkləyirdilər. Lamar öz arvadına yazırdı:

 

Burada heç kəs düşünmür ki, mən Cənub bayrağını aşağılamıram. Lakin Cənub mətbuatı bunu mənim üstümə yıxır... Bizim xalq o qədər əziyyət çəkmişdir ki, dəfələrlə o qədər satılmışdır ki, bunlara görə kiməsə onların etimad bəsləməsi ciddi səbəbə malikdir, lakin bu da təbii idi ki, onlar Cənub adamı tərəfindən Şimala deyilən istənilən sözdən ya cəhd xarakterli hərəkətdən şübhələnirlər. Mən bir daha inanıram ki, onun xeyrinə görmüşəm... əvvəllər gizli mövcud olan hüsn-rəğbətimi indi oyatmışam. Əgər o, məni məhkum edirsə, mən onun narazılığına biganə qalmayacağam... Mən nifrət edilən olmayacağam. O fikirdən xoş hal olacağam ki, onun üçün xeyirxah görmüşəm. İctimai şəxs üçün elə bir vaxtdır ki, o, Cənuba xidmət etməyə səy göstərsin özünün qıcıqlanma hissinə kölə olmasın... Mən onunkundan başqa heç bir marağa xidmət etməyəcəyəm onun xalqı məni bəyənməsə, dinməz qaydada özəl həyata çəkiləcəyəm”.

 

 (Ardı var)
 





05.05.2014    çap et  çap et