525.Az

Rabitənin keyfiyyəti xüsusi standartlarla yoxlanılacaq


 

Rabitənin keyfiyyəti xüsusi standartlarla yoxlanılacaq<b style="color:red"></b>

Gələn il Azərbaycanda keçiriləcək ən böyük tədbir - I Avropa Oyunları ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir neçə texnoloji şirkətə müraciət edib.

APA-nın xəbərinə görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib ki, yaxın vaxtlarda Azərbaycanda rabitənin keyfiyyəti xüsusi standartlarla yoxlanılacaq: “Bu yoxlama bir-iki ay çəkəcək. Ondan sonra yoxlamanın nəticələrinə əsasən müəyyən tədbirlər görüləcək”.
 
İnternetin keyfiyyəti ilə bağlı danışan nazir bildirib ki, bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal texnoloji hesabatında Azərbaycan 7 pillə irəliləyərək dünya ölkələri içərisində 49-cu yeri tutub: “20-dən çox göstərici üzrə MDB ölkələri arasında Azərbaycan lider mövqe tutub. Mobil telefon xidmətinin əlçatanlığı göstəricisinə görə dünya ölkələri arasında Azərbaycan birinci yeri tutub”.

 





06.05.2014    çap et  çap et