525.Az

Bakının mərkəzində hərəkət dayandırıldı


 

Bakının mərkəzində hərəkət dayandırıldı<b style="color:red"></b> Mayın 10-də Heydər Əliyev sarayının qarşısında keçiriləcək Gül bayramına hazırlıq işlərinin görülməsi ilə əlaqədar Bakının bəzi mərkəzi hissəsində nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Bülbül prospektinin Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib.
 
Sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə olunur.
 





06.05.2014    çap et  çap et