525.Az

"Hazırda hər 18 şagirdə bir kompüter düşür"


 

"Hazırda hər 18 şagirdə bir kompüter düşür"<b style="color:red"></b> Azərbaycanın təhsil sahəsində əsaslı islahatlar prosesi dönməz xarakter daşıyır.
 
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib ki, son illər Azərbaycanda təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində bır sıra işlər görülüb.
 
Nazir bildirib ki, son on ildə 2700-dən artıq orta məktəb binası yenidən tikilib və ya əsaslı təmir olunub: “Nəticədə bir milyondan artıq şagirdin təlim-tədris şəraiti yaxşılaşdırılıb. Bununla yanaşı, 2007-2015-ci illərdə xaricdə təhsilə dair dövlət proqramı çərçivəsində indiyə qədər 2612 gənc Dövlət Neft Fondu hesabına dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilib. İki dövlət proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdüsə, hazırda hər 18 şagirdə bir kompüter düşür. Məktəblərin 39% internet şəbəkəsinə qoşulub. Ötən dövrdə ümumi təhsil müəssisələrinin müasirləşdirilməsi məsələsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub. Beləki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin çərçivəsində 2005/2013-cü illərdə 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub. Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı üzrə 30-dan çox uşaq müəssisəsi təmir olunub və yeni avadanlıqlarla təchiz olunub, kommunal şəraiti yaxşılaşdırılıb. Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı ilə bağlı proqrama start verilib. Qeyd olunan proqram ölkəmizin bütün bölgələrində uşaq bağçalarının geniş miqyaslı tikintisini, əsaslı təmirinin dəstəklənməsini nəzərdə tutur. Bu layihənin köməyi ilə məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi mümkün olacaq”.
 





06.05.2014    çap et  çap et