525.Az

Azərbaycanda ilk regional radiostansiyanın açılması üçün müsabiqəyə start verilib


 

Azərbaycanda ilk regional radiostansiyanın açılması üçün müsabiqəyə start verilib<b style="color:red"></b>

Azərbaycanda 93.3 MHz işçi tezliyində Gəncə və ətraf əraziləri əhatə edəcək ilk regional radio kanalının açılması üçün müsabiqə başlayıb.

Milli Televiziya və Radio Şurasından (MTRŞ) APA-ya verilən xəbərə görə, “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinə uyğun olaraq, yeni regional radio yayım orqanının açılması üçün müsabiqə oktyabrın 22-dən noyabrın 22-dək davam edəcək. Müsabiqə üçün tələb olunan sənədlər qeyd olunan vaxtda, şənbə və bazar günləri istisna olmaqla MTRŞ-nin inzibati binasında qəbul ediləcək.

Müsabiqədə Azərbaycan Respublikası vətəndaşı olmayan, nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olan hüquqi şəxslər, ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər, siyasi partiyalar, dini qurumlar iştirak edə bilməzlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər yayım üzrə xüsusi razılıq (lisenziya) almaq üçün müəyyən olunmuş qaydada ərizə, teleradio yayımı kanalının fərqləndirici nişanını (telestudiyanın emblemini), iddiaçının fəaliyyət növünü əks etdirən Nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti və təsis müqaviləsini (təsisçilərin sayı 1-dən çox olduğu halda), Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat şəhadətnamələrinin notariat qaydasında təsdiq olunmuş surətini, yayımın proqram konsepsiyasını, kadr tərkibi və kadrların peşə hazırlığının səviyyəsi barədə arayışı, radio verilişlərinin hazırlanmasında və yayınlanmasında istismar olunacaq əsas qurğu və avadanlıqlar barədə məlumatı, radio yayımçısının istifadə edəcəyi ötürücü qurğunun texniki tərəflərini, təsisçinin əmək fəaliyyətini əks etdirən geniş tərcümeyi-halı, müsabiqədə iştirak etmək üçün 200 (iki yüz) manat həcmində birdəfəlik ödənişi təqdim etməlidirlər.

 





22.10.2012    çap et  çap et