525.Az

Bakıda 25 yaşlı gənc ölümcül döyüldü


 

Bakıda 25 yaşlı gənc ölümcül döyüldü<b style="color:red"></b> Bakı şəhəri Xəzər rayonu ərazisində bir nəfər vəhşicəsinə döyülüb.
 
Hadisə bu gecə saat 01:25 radələrində Qala dəmir yolu stansiyasında qeydə alınıb. Xəzər rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 25 yaşlı oğlan naməlum şəxslər tərəfindən ölümcül döyülüb. O dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Ağır bədən xəsarətləri alan şəxs komada olduğu üçün onun kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdrıma aparılır.
 





22.10.2012    çap et  çap et