525.Az

Rusiya Kiyevlə separatçılar arasında dialoqun təşkilinə kömək edəcək


 

Rusiya Kiyevlə separatçılar arasında dialoqun təşkilinə kömək edəcək<b style="color:red"></b>

 Rusiya prezidenti Vladimir Putin ATƏT sədri Didye Burkhalterlə Ukraynadakı böhranı müzakirə edəcək.

APA-nın Kremlin mətbuatına istinadən verdiyi məlumata görə, görüş mayın 7-də Moskvada keçiriləcək.
 
Rusiya xarici işlər naziri Sergey Lavrov isə Vyanada bəyan edib ki, Moskva Ukrayna hakimiyyəti və federallaşma tərəfdarları arasında dialoqun təşkili üzərində işləməyə hazırdır.
 
ABŞ və Avropa Birliyini bu istiqamətdə səylərini əsirgəməməyə çağıran S.Lavrov qeyd edib ki, dialoqun təşkilinə bütün xarici oyunçular dəstək verməlidir.

 





06.05.2014    çap et  çap et