525.Az

"Statoil" "Şahdəniz" və Cənubi Qafqaz qaz kəməri layihəsində iştirak payının 10%-ni satıb


 

"Statoil" "Şahdəniz" və Cənubi Qafqaz qaz kəməri layihəsində iştirak payının 10%-ni satıb<b style="color:red"></b> Norveçin “Statoil” neft şirkəti “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi və Cənubi Qafqaz qaz kəməri layihəsində iştirak payının 10%-ni satıb.
 
“Statoil”in yaydığı məlumata görə, sövdələşmənin ümumi dəyəri 1,45 mlrd. ABŞ dolları təşkil edib.
 
Sövdələşmə nəticəsində “Statoil” şirkətinin Azərbaycandakı aktivlərinin 6,7%-ni Azərbaycan Dövlət Neft Şirkəti, 3,3%-ni isə BP şirkəti əldə ediblər.
 
Qeyd edək ki, əməliyyat nəticəsində "Şahdəniz" layihəsinin iştirakçılarının payları aşağıdakı kimi bölünüb: BP (28,8%), ARDNŞ (16,7%), "Statoil" (15,5%), "Total" (10%), Lukoil (10%), NIKO (10%) və TPAO (9%).
 





06.05.2014    çap et  çap et