525.Az

Qafqaz Universitetində VI Beynəlxalq Tələbə Gənclik Şənliyi keçirilib


 

Qafqaz Universitetində VI Beynəlxalq Tələbə Gənclik Şənliyi keçirilib<b style="color:red"></b>

Bu gün Qafqaz Universitetinin təşkilatçılığı ilə universitetin şəhərciyində Azərbaycan xalqının ümummilli lideri və ulu öndəri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş VI Beynəlxalq Tələbə Gənclik Şənliyi keçirilib.

Tədbirdə vurğulanıb ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “VI Gənclik Şənliyi”nin adının belə qoyulması ulu öndərimizin hər zaman “Türk dünyasının gələcəyini gənc nəsillərdə görürəm” deməsi ilə əlaqəlidir. Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi - azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi xüsusi yer tutur. O, bunları insan üçün mənəvi əsas kimi qəbul edirdi. Vətənə - Azərbaycana, millətə, dilə, dinə, milli-mənəvi dəyərlərə hörmət və sevgi hər bir türk gəncinin ruhundadır. Öz xalqının milli-mənəvi gücünə, milli mədəniyyətinə, söykənə-söykənə Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu və onun ideoloji əsaslarını yaratdı. Dahi liderimizin mənalı həyat yolu gələcək inkişafın təminatçısı olan gənc nəslimizin təlim və tərbiyəsi üçün əsl nümunədir. Heydər Əliyev müasir gənclər siyasətinin banisidir. Heydər Əliyev yolunun davamçısı olan prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə son illər dövlətin gənclərə olan xüsusi diqqət və qayğısı danılmazdır.

Tədbirdə Heydər Əliyevə həsr olunmuş şeirlər və mahnılar oxundu və rəğbətlə qarşılandı. Qafqaz Universitetinin tələbələrinin əl işlərindən ibarət səgri keçirildi və təqdim olunan işlər maraqla qarşılandı. Sonra tələbələr əyləncəli oyunlarla, ifa etdikləri rəqslərlə və mahnılarla tədbir iştirakçılarında yüksək əhvali-ruhiyyə yaratdılar. Tədbirdə pəhləvanlar və mahir güləşçilərimiz də öz bacarıq və məharətlərini göstərdilər.

 





06.05.2014    çap et  çap et