525.Az

Polkovnik Rüfət Əmirov Müdafiə Nazirliyinin idarə rəisi təyin olunub


 

Polkovnik Rüfət Əmirov Müdafiə Nazirliyinin idarə rəisi təyin olunub<b style="color:red"></b>

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Rüfət Əmirov Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsində təyin edilib.

APA-nın məlumatına görə, bu barədə Rüfət Əmirov özü bildirib. R. Əmirov, əmrin dünən imzalandığını deyib.
 
İdarə rəisi jurnalistlərə açıqlamasında qeyd edib ki, uzun zaman ehtiyatda olmasına baxmayaraq, ordu ilə bağlı olub və yenidən nazirlikdə çalışmaq onun üçün heç bir problem yaratmayacaq.
Azərbaycan Silahlı Qüvvələrində son iyirmi ildə mühüm irəliləyişlər olduğunu deyən R. Əmirov bildirib ki, artıq vahid komandanlığa bağlı ordu var. R. Əmirov Silahlı Qüvvələrin inkişafı ilə bağlı müəyyən planlarının olduğunu və yeni vəzifəsində bunun icrasına çalışacağını deyib.
 
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi vəzifəsinin icrası isə Sahib Qarayevə həvalə olunub.
 
Qeyd edək ki, bundan əvvəl Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi general-mayor Vaqif Məmmədov olub. Vaqif Məmmədov hazırda sərəncamdadır.

 





07.05.2014    çap et  çap et