525.Az

“Yeni Müsavat” qəzetinin əməkdaşını döyən şəxslərdən biri tutulub


 

“Yeni Müsavat” qəzetinin əməkdaşını döyən şəxslərdən biri tutulub<b style="color:red"></b>

“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döyən şəxslərdən biri tutulub.

Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
 
Məlumata görə, ötən gün axşam saatlarında Nizami Rayon Polis İdarəsi və 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fərahim İlqaroğlunu döyən Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 1990-cı il təvəllüdlü Feyruz Termişi metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında tutulub.
 
Hazırda polis F.İlqaroğlunun döyülməsində iştirak edən digər şəxslərin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirir.
 
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxslər tərəfindən döyülüb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

 





07.05.2014    çap et  çap et