525.Az

Mustafa Cəmilov Krıma buraxılmaması ilə bağlı Avropa məhkəməsinə müraciət edəcək


 

Mustafa Cəmilov Krıma buraxılmaması ilə bağlı Avropa məhkəməsinə müraciət edəcək<b style="color:red"></b>

Ötən həftə Krım yarımadasına buraxılmayan Krım tatarlarının lideri, Ukrayna xalq deputatı Mustafa Cəmilov məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, Cəmilov bu barədə “Krım. Realii” portalına müsahibəsində bildirib. 
 
“Krımın qondarma hakimiyyətinin addımları qanunsuzdur və cinayətdir. Biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək qərarı verəcəyik. Mən əminəm ki, bu prosesdə biz qalib gələcəyik, çünki Rusiyanın yurisdiksiyasını heç kim tanımayıb və tanımaq niyyətində deyil”, deyə Cəmilov bildirib. 
 
Xatırladaq ki, Cəmilov mayın 3-də Krıma buraxılmayıb. 
 
Bir müddət sonra Krımın “prokuroru” Natalya Poklonskaya Məclis rəhbəri Refat Çubarova xəbərdarlıq edərək, ekstremist fəaliyyətinin yolverilməz olduğunu və bunun davam edəcəyi təqdirdə Məclisin ləğv olunacağını və onun fəaliyyətinə qadağa qoyulacağını bildirib. 
 
Xatırladaq ki, ötən gün Krım məhkəmələri Cəmilovu qarşılamağa toplaşan bir neçə tatar fəalını  (Rusiya qanunvericiliyi əsasında – red.) 10 min rubl məbləğində cərimələyib. 

 





07.05.2014    çap et  çap et