525.Az

Tovuzda Kitab bayramı


 

Tovuzda Kitab bayramı <b style="color:red"></b>

Tovuzda Kitab bayramı keçirilib. Rayon Mədəniyyət Evinin qarşısında keçirilən tədbirdə mindən çox kitab, o cümlədən Heydər Əliyevin həyat fəaliyyətindən bəhs edən nəşrlər, Azərbaycanın yazıçı şairlərinin yerli qələm sahiblərinin əsərləri nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıblar.

Rayon məktəblilərinin, uşaq bağçalarının kollektivlərinin ifasında ulu öndərə həsr edilmiş şeirlər, onların göstərdikləri kiçik tamaşalar tədbir iştirakçılarında xoş ovqat yaradıb.Mikayıl Cabbarov: "Biz dərs ilinin səkkiz həftə uzadılmasını nəzərdə tutmuruq"

 

"Azərbaycanın ali təhsil sistemində Boloniya sisteminə keçidi təmin etməklə tələbə mobilliyinin artırılması, tədris sistemlərinin, akademik proqramlarının təkmilləşdirilməsi istiqamətində islahatlar həyata keçirilir. Tətbiq olunan əhəmiyyətli dəyişikliklərdən biri yeni tədris ilində akademik saatların yenidən bölgüsü ilə bağlıdır". Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, bu ildən xüsusi diqqət yetirdikləri yeni tədris ilindən tətbiq olunacaq əhəmiyyətli dəyişiklərdən biri yeni dərs ilində akademik saatların yenidən bölgüsü ilə bağlıdır. O bildirib ki, burada iki böyük mövzu var. Nazirin sözlərinə görə, birincisi ümumilikdə akademik saatların sayına yenidən baxılması ilə bağlıdır: "Tətbiq edilən yanaşmaya əsasən burada uyğunlaşma baş verməlidir. Bu da tələbə ali təhsil müəssisələri üçün akademik yükün azaldılmasını nəzərdə tutur. İkinci istiqamət isə ali təhsildə ixtisas fənləri ilə qeyri-ixtisas fənləri arasında akademik saatların bölgüsüdür. Burada da təkmilləşmələr həyata keçirilir. Çox sadə dillə desək, aparıcı təhsil sistemləri ilə bizim ali təhsil müəssisələrini müqayisə etdikdə, görərik ki, əgər Azərbaycanda orta tədris yükü semestr vaxtı 5-6 fənn ya müvafiq kredit saatı təşkil edirsə, model kimi götürülən təhlil sistemi universitetlərdə bu fənlərin akademik saatlarının sayı daha azdır. Amma həmin fənlərin tədrisi daha dərin həyata keçirilir. Bu da nəticə etibarilə mütəxəssislərin, məzunların bilik savad keyfiyyətlərinə, nəticəyə təsir göstərir. Amma təbii olaraq burada söhbət hansısa formal yanaşmalardan getməməlidir. Burada həmçinin tədrisin məzmunu ana prinsip kimi tutulmalıdır. Tədrisin formallığından onun məzmunun keyfiyyətinin artırılmasına keçidi təmin etməliyik. Hazırda bu istiqamətdə işlər həyata keçirilir".

Orta məktəblərdə şagirdlərin sinifdən-sinfə keçirilməsi qaydalarında edilən dəyişikliklərə münasibət bildirən M.Cabbarov deyib ki, burada məqsəd təhsilin keyfiyyətinin təmin olunmasıdır: "Təhsilin keyfiyyətinin təmin olunması məqsədilə yuxarı yox məhz aşağı siniflərə tətbiq etdik. Tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün biz o qərarı qəbul etmişik. Bir sıra fənlər üzrə qeyri-kafi qiymət alan şagirdlərin növbəti sinfə keçirilməsi məqsədəuyğun hesab edilmir. Şagird 8-ci sinifdə müəyyənləşdirilən tədris yükünü mənimsəmirsə onun doqquzuncu sinifdə uğurla tədris olunması suallar doğurur. Formallıq xarakteri hesabına şagirdi sinifdən-sinfə keçirtmək şagirdə təhsil siteminə onun vətəndaş kimi cəmiyyətdə yer tapmasına xidmət etməyəcək. Hesab edirəm ki, şagirdlər üçün qərar verən valideynlərdir onların seçimi tədrisin keyfiyyətinin artırılmasına, tədris sistemində formallığın azaldılmasına nəticə etibarilə təhsil siteminin buraxdığı məhsulun keyfiyyətinin qaldırılmasına xidmət edəcək. Təhsil Nazirliyinin təşəbbüsü ilə XI-IX siniflərdə Bütün mərhələlərdə attestatların şəhadətnamələrin verilməsi təmin olunur. Bu baxımdam biz federal yanaşmanın tərəfdarıyıq, lakin bu təhsilin keyfiyyətinin qaldırılmasına, xidmət edir. Təhsil sistemi keyfiyyətli təhsil verməyə xidmət etməlidir". Məktəblərdə dini fənlərin ayrıca fənn kimi tədris olunmasına münasibət bildirən təhsil naziri Mikayıl Cabbarov bu məsələnin gündəmdə olmadığına buna baxılmadığını bildirib.

Nazir onu da qeyd edib ki, dərs ilinin uzadılması nəzərdə tutulmur: "Dərs ilinin uzadılması iki səbəbdən qaynaqlanır. Müqayisəli təhlil onu göstərir ki, müasir təhsil sistemləri ilə müqayisədə Azərbaycan şagirdləri akademik ili ərzində təxminən 8 həftə az tədris keçirlər. Təbii olaraq 8 həftə çox uzun müddətdir. Bu mərhələdə biz 8 həftə  dərs ilinin uzadılmasını nəzərdə tutmuruq. Aydındır ki, dərs ilinin bu qədər qısa olması şagird nailiyyətlərinin nəticə etibarilə təhsilin keyfiyyətinə mənfi təsir göstərir. İkinci səbəb ondan ibarətdir ki, elmi fənləri eyni akademik proqramın keçirilməsi üçün tədris ili qısa olduğu zaman şagirdlərin yüklənməsi nöqteyi-nəzərindən onlara daha çox yük düşür. Düşünürük ki, bu qərar tədris yükünün optimallaşdırılmasına da akademik yükün optimallaşdırılmasına da müsbət təsir edəcək. Müəllimlərin işə qəbulu hər il olduğu kimi yay aylarında həyata keçiriləcək. Bu istiqamətdə iki yenilik var. Biz ilk dəfə olaraq artıq müəllim kimi fəlaiyyət göstərən mütəxəssislər üçün yerdəyişmə imkanları açırıq. Yəni, hər-hansı vakansiyanı müsabiqəyə çıxarmazdan əvvəl onlara fəaliyyətdə olan müəllimlərin bu vakansiyalarla yerdəyişməsini şəffaf qaydada həyata keçirilməsini təmin edirirk. Biz Bakı şəhərində fəaliyyət göstərən müəllimlərin diaqnostik tədqiqatını həyata keçirəciyik.Tədqiqatın əsas məqsədi ondan ibarətdir ki, biz fəaliyyətdə olan müəllimlərin bilik səviyyələrini bir sıra digər məlumatları o cümlədən, depozit yanaşmlarını tədqiqat edib gələcəkdə Təhsil Nazirliyi tərəfdən qəbul edilən qərarlarda müəllimlərin hansı sahədə təkmilləşməyə ehtiyacı olduğu müəyyənləşdiriləcək. Onların şəraitinin dəyişdirilməsidnə nələrin faydalı olması diqqətimizdə olacaq".

Vəfa MƏMMƏDLİ

 





07.05.2014    çap et  çap et