525.Az

Heydər Əliyevin 91-ci ildönümünə həsr olunan inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb


 

Heydər Əliyevin 91-ci ildönümünə həsr olunan inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb<b style="color:red"></b>

 Gülüstan Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdləri, ilk peşə ixtisas orta ixtisas təhsili müəssisələri şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, təhsil naziri Mikayıl Cabbarov, rabitə yüksək texnologiyalar naziri Əli Abbasov, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Həmkərlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbaliyev digər qonaqlar iştirak edib.

Builki inşa müsabiqəsi təhsil nazirinin 26 fevral tarixli əmrinə müvafiq olaraq keçirilir. Müsabiqə Təhsil Nazirliyi, Rabitə Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Təhsil naziri Mikayıl Cabbarov deyib ki, Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan inşa müsabiqəsi artıq 8-ci dəfədir təşkil edilir. Onun sözlərinə görə, respublika mərhələsinin iştirakçıları arasından 8 nəfər birinci yerə, 7 nəfər ikinci yerə, 11 nəfər üçüncü yerə layiq görülüb. 4- (həvəsləndirici yer) tutan 65 nəfər diplomla təltif olunub. 1-4- yerləri tutan 91 nəfərin inşa yazısı "Heydər Əliyev məktəblilərin gözü ilə" kitabında çap edilib.

Qeyd edək ki, müsabiqənin respublika mərhələsində 119 nəfər iştirak edib. Onlardan 10 nəfəri VIII, 29-u IX, 29-u X, 28-i XI sinif şagirdləridir. Ilk peşə ixtisas təhsili müəssisələrini 14 nəfər , orta ixtisas məktəblərini 9 nəfər təmsil edib. İnşa müsabiqəsində ölkənin bütün bölgələri təmsil olunub. Müsabiqənin rayon mərhələsində 17 min nəfərdən artıq şagird iştirak edib mart ayında yekunlaşdırılıb.

Baş nazirin müavini Əli Əhmədov tədbirdə çıxışında bildirib ki, artıq 10 ilə yaxındır, Heydər Əliyevin xatirəsinə həsr edilən şagirdlər arasında inşa-yazı müsabiqəsi təşkil olunur: "Azərbaycan gəncləri hər il ulu öndər Heydər Əliyevin doğum gününü böyük vüsətlə qeyd etməklə, bu layihə çərçivəsində onun xatirəsinə öz hörmət sevgilərini ifadə edirlər. Bu, Azərbaycan xalqının Heydər Əliyevin dövlət xalq qarşısında misilsiz xidmətlərinə verdiyi qiymətin ifadəsidir".

Rabitə yüksək texnologiyalar naziri Əli Abbasov, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev müsabiqə iştirakçılarını təbrik edib onlara uğurlar arzulayıblar.

Sonda müsabiqə qaliblərinə xüsusi diplomlar, mükafat müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Vəfa MƏMMƏDLİ

 





07.05.2014    çap et  çap et