525.Az

Bakıda körpünün üstündə avtomobil yandı


 

Bakıda körpünün üstündə avtomobil yandı<b style="color:red"></b> Bu gün Bakıda avtomobil yanıb.
 
525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda vətəndaşa məxsus "Oka" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Qeyd edək ki, hadisə konkret olaraq Bakıxanov qəsəbəsi yaxınlığındakı körpünün üstündə baş verib.
 





07.05.2014    çap et  çap et