525.Az

“Bakıya “Qəhrəman şəhər” statusunun verilməməsi böyük ədalətsizlikdir”


 

“Bakıya “Qəhrəman şəhər” statusunun verilməməsi böyük ədalətsizlikdir”<b style="color:red"></b>

“Vaxtilə keçmiş SSRİ-də Bakı şəhərinə “Qəhrəman şəhər” statusunun verilməməsi böyük ədalətsizlik idi”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
 
Z. Əsgərov bildirib ki, Böyük Vətən müharibəsində qələbənin əldə edilməsində Bakının daha böyük rolu olub: “Müharibə dövründə SSRİ-ni 90 faiz neft və yanacaqla Bakı təmin edib. Ancaq elə şəhərlər var ki, onların Böyük Vətən Müharibəsinin uğurla başa çatmasında Bakı ilə müqayisədə çox az rolları olub. Bununla belə, onlara “Qəhrəman şəhər” statusu verilib. Ona görə də Bakıya “Qəhrəman şəhər” statusunun verilməməsini böyük ədalətsizlik sayıram”.

 





07.05.2014    çap et  çap et