525.Az

Heydər Əliyevin 91 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib


 

Heydər Əliyevin 91 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib<b style="color:red"></b>

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş yığıncaq keçirilib.

İdarədən verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin idarədəki büstünün qarşısına əklil qoyulub.

Tədbirdə "İçərişəhər" DTMQİ-nin rəisi Samir Nuriyev "Heydər Əliyevin İçərişəhərin qorunmasında rolu" mövzusunda məruzə ilə çıxış edib. İdarə rəisi ümummilli lider Heydər Əliyevin tarixi abidələrə olan xüsusi məhəbbətini vurğulayıb dəfələrlə məhv olmaq təhlükəsi ilə üzləşən İçərişəhərin qorunması, eləcə bərpası təbliği istiqamətindəki xidmətlərindən bəhs edib. Daha sonra Ulu Öndərin həyat fəaliyyətinə, İçərişəhərlə bağlılığına həsr edilmiş "Heydər Əliyevin elmin inkişafında rolu", "Heydər Əliyevin Cənubi Qafqazın yeni tarixi konsepsiyasının hazırlanmasında rolu" mövzularında məruzələr dinlənilib. Tədbirdə, həmçinin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub.

Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) bu ali təhsil müəssisəsinin tələbə gənclər təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Gələcəyə işıq salan irs" mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə açan tələbə gənclər təşkilatının sədri səmərəli fəaliyyət üçün şərait yaratdığına görə universitet rəhbərliyinə tələbələr adından təşəkkürünü bildirib: "Azərbaycanın müasir tarixi dahi siyasətçi, zəmanəmizin böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin adı fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşər tarixinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərindəndir. Ulu Öndərimizin polad iradəsi qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Bütün mənalı ömrünü öz xalqının Vətəninin inkişafı naminə sərf edən Ümummilli Liderimiz Azərbaycanı öz möhtəşəm fəaliyyəti ilə bütün dünyaya tanıtdırıb, xalqımızın xoşbəxt firavan gələcəyi üçün etibarlı bünövrə qoyub, onun idarəçilik mexanizmini formalaşdırıb". Konfransda "Heydər Əliyev milli təhsilimiz", "Milli liderin incəsənət sevgisi", "Qüdrətli dövlət qurucusu", "Ümummilli lider vətənpərvərlik", "Heydər Əliyev azərbaycançılıq məfkurəsi" mövzularında məruzələr dinlənilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində Abşeron rayonunun Ceyranbatan qəsəbə mədəniyyət evində uşaq gənclər arasında xalq çalğı alətləri ifaçılarının 3- respublika müsabiqəsinin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini İradə Gülməmmədova bildirib ki, ulu öndər Heydər Əliyev XX əsr bəşər tarixinin parlaq şəxsiyyəti, dünyanın tanınmış uzaqgörən diplomatı siyasi lideri, görkəmli ictimai-siyasi dövlət xadimi, Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi möcüzədir.

Abşeron rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri İlham Manafov müsabiqə haqqında danışıb, aprelin 14-dən başlayan müsabiqənin mayın sonunda yekunlaşacağını diqqətə çatdırıb: " Müsabiqədə 600- dən çox şagird iştirak edir. Yaradıcı gənclər 6 ixtisas üzrə öz məharətlərini sınayacaqlar. Buraya tar, kamança, saz, qarmon, balaban, qanun daxildir. Müsabiqəyə Bakı, Sumqayıt Mingəçevir şəhərlərindən, Abşeron, Qubadlı, Xaçmaz, Şəki, Goranboy rayonlarından Naxçıvandan istedadlı gənclər qatılıb". Müsabiqənin qalibləri mayın sonunda Dövlət Filarmoniyasında yekun konserti ilə çıxış edəcəklər burada qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

Xalq artisti Ramiz Quliyev müsabiqənin məqsədinin Azərbaycanda musiqi təhsilinin inkişaf etdirilməsindən, milli musiqi alətlərinin təbliği, gənc istedadların üzə çıxarılmasından onların dəstəklənməsindən, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsindən ibarət olduğunu qeyd edib.

Rəssamlıq Akademiyasında da Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Azərbaycan azərbaycanlılar" sərgisi keçirilib.

Akademiyanın rektoru Ömər Eldarov sərgini açaraq tədbirin bütün iştirakçılarına minnətdarlığını bildirib qeyd edib ki, ADRA 2000-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılıb: "Bu ali məktəb dizayn, rəngkarlıq, teatr dekorasiya sənəti, qrafika üzrə peşəkar mütəxəssislər xalça rəssamları hazırlığı üzrə ixtisaslaşır".

Sərgidə Əli Verdiyevin "Heydər Əliyevin portreti", Mehriban Sadıqovanın "Azərbaycan ulduzları", Məsumə Hacıyevanın "Mikayıl Müşfiq", Ramil Məmmədovun "Nəsirəddin Tusi", Emin Əliyevin "Babək" əsərləri başqa işlər nümayiş etdirilir.

Bəstəkarlar İttifaqında ümummilli liderin 91 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Tədbirdə qurumun sədri, Xalq artisti, professor Firəngiz Əlizadə müasir müstəqil Azərbaycanın memarı qurucusu Heydər Əliyevin doğum günü ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirib.

Sonra Bakı şəhərindəki 30 nömrəli uşaq musiqi məktəbinin şagirdləri geniş konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Müslüm Maqomayevin "Odlar yurdu", Teymur Cəbrayılovun "Ey Vətən" digər musiqi nömrələri səslənib.

Sonda musiqisi Aygün Səmədzadəyə, sözləri professor Nərgiz Paşayevaya məxsus Ümummilli Liderə həsr olunmuş "İthaf" adlı klip nümayiş etdirilib.

Bölgələrdə ümumilli liderin anadan olmasının 91 illiyi keçirilir. Tərtər şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə kitab bayramı təşkil olunub. Tədbirdə çıxış edənlər böyük siyasi xadim Heydər Əliyevin həyat fəaliyyətindən, bilik mənbəyi olan kitabın əhəmiyyətindən, cəmiyyətin tərəqqisinə, insanın mənəvi aləminə müsbət təsirindən, ölkəmizdə kitabxana-informasiya sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıblar. Kitab bayramında "Ümummilli lider Heydər Əliyev", "Dünya ədəbiyyatı", "Klassiklərimiz", "Qan yaddaşımız", "Uşaq ensiklopediyası" digər mövzularda nümayiş olunan kitablar iştirakçıların marağına səbəb olub. Kitab bayramında məktəblilərin ifasında müxtəlif səhnəciklər göstərilib, maraqlı konsert proqramı təqdim edilib.

YAP Ağcabədi rayon təşkilatının qərargahında ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbir-poeziya gecəsi keçirilib. Tədbiri giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatının sədr müavini, yazıçı-publisist Teymur Rəhimov açıb.

YAP Ağcabədi rayon təşkilatının "Qarabağ" Ədəbi Məclisinin birgə təşkil etdiyi tədbirdə rayon ağsaqqalı Süleyman Qasımov ulu öndərlə bağlı xatirələrini danışıb.

S.ABDULLAYEVA

 





07.05.2014    çap et  çap et