525.Az

Misir Mərdanovdan məktəbdəki partlayışla bağlı açıqlama


 

Misir Mərdanovdan məktəbdəki partlayışla bağlı <b style="color:red">açıqlama</b>

Təhsil naziri Misir Mərdanov Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə baş vermiş hadisəni həmin məktəbdə təlim-tərbiyə işinin düzgün olmaması ilə əlaqələndirib.
 
M.Mərdanov 525.az-a açıqlamasında bildirib ki, həmin məktəbdə təlim-tərbiyə işi düzgün qurulmadığından və rəhbərlik öz işini yaxşı bilmədiyindən, bu cür neqativ hadisə baş verib. Təhsil nazirinin dediyinə görə, Azərbaycanda 4500 orta məktəb fəaliyyət göstərir və təəssüf ki, onların hamısında şagirdlərin tərbiyə işi yüksək deyil.

Qeyd edək ki, oktyabrın 19-da səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində sinif otağında gərginlik yaşanıb. Nəticədə məktəbin dəhlizində tüstü yaranıb və bu səbəbdən uşaqlar arasında qısamüddətli gərginlik yaşanıb. Məktəbdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal 7 təcili yardım briqadası göndərilib. Hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideyn və şagirdə yerindəcə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri nisbətən ağır olan 14 yaşlı iki şagird isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

S.QARAYEVA

 





22.10.2012    çap et  çap et