525.Az

Unudulmaz ədibimiz Tofiq Abdin "Yazıçı" ilə yad edilib


 

Unudulmaz ədibimiz Tofiq Abdin "Yazıçı" ilə yad edilib<b style="color:red"></b>

"Oğuz Eli" qəzetinin "Yazıçı" buraxılışının yeni sayı dəyərli ədibimiz, mərhum şair publisist Tofiq Abdinə həsr olunub. Dərgi şairin "Gəlin, tanış olaq" şeiri ilə açılır:

...Çox vaxt yaxşılığa pislik qazandım,
Ürək xal-xal oldu görən olmadı.
Şeirdir məsləkim, şeirdir andım,
Özümdən ucada tutdum bu adı-
Köhnə tanışlarçün mən ki dünənəm,
Gəlin, tanış olaq, Tofiq Abdinəm! 

Xalq yazıçısı Anar "İnana bilmirəm" yazısında şairin ölümündən duyduğu kədər hissini qələmə alıb: "Acıdan acı bir xəbər -Tofiq Abdinin ölüm xəbərini eşidəndə əlillik tanışlığımızın, yaradıcılıq ünsiyyətimizin, ədəbi əlaqələrimizin, "Qobustan"da birgə çalışmağımızın müxtəlif səhnələri bir-bir yaddaşıma qayıtdı. Tofiq istedadlı şair idi eyni zamanda çox iti kəskin qələmi, orijinal üslubu olan, cəsarətli publisist yazılarıyla, maraqlı müsahibələriylə mətbuatımızda geniş tanınmış hörmət qazanmış müəllif idi".

"İndi dəqiq xatırlamıram, ancaq nədənsə mənə elə gəlir ki, biz Tofiqlə elə zarafat eləyə-eləyə, bir xoş sevinc ovqatıyla tanış olmuşduq əlli ildən sonra son telefon söhbətimiz elə o həmin kökdə, həmin dəyişilməz havadaydı". Bu fikirlər Xalq şairi Sabir Rüstəmxanlının "Görüşərik" yazısındadır.

Akif Qəhrəmanlı "Qeyri-adiliyi sadəliyində olan Tofiq Abdin" yazısında şairin xeyirxahlığını xüsusilə vurğulayıb: "Xeyirxahlığını ayrıca qeyd etmək mənim boynumun borcudur. Qoy heç kəsin xətrinə dəyməsin, tanıdığım ziyalılar içrəsində Tofiq Abdindən xeyirxahı olmayıb. Bu keyfiyyətinə görə onu təkcə məşhur tərcüməçi rəhmətlik Cəlil Xəlilova ilə müqayisə etmək mümkün idi. Tofiq abi insanların ancaq yaxşı cəhətlərini görür, qiymətləndirirdi".

"İndi sən zamansız, qorxusuz, ölümsüz bir yerdəsən..yox, düz demədim, yerdə yox, yersizlikdəsən. Daha şeytan var, ölüm, ölüm qorxusu. Gözlərin aydın olsun, Tofiq Abdin, ölüm qurtardı, daha sənə ölüm yoxdu! Diriliyin mübarək, ölümsüzlüyün mübarək!" Bu fikirləri isə "Tofiq Abdinin saatlı Bombası" məqaləsində yazıçı Fəxri Uğurlu qələmə alıb.

Kənan Hacı "Tofiq Abdinin son zəngi" yazısında duyduğu acını ifadə edib: "Üz tutduğum ünvanlardan biri azaldı. Son dəfə vaxt ağladığımı xatırlaya bilmirəm. Amma ötən gecə evə çatıb hönkür- hönkür ağladım. Duaların həmişə mənimlədir, Abi!..Görüşənədək..."

... Deyirsən, ayrılaq,
Bəsdir yaşadıq.
Ayrılaq, qədər gec deyil hələ.
Bəsdir gözümüzdə həsrət daşıdıq
Yoldan ötənlərə biz bilə-bilə...
 
Sevsəm mən səni, ayrılmalıyıq,
Niyə gizlədirik həsədimizi.
Unuda-unuda yaşayırıq biz
Məgər görmürsənmi bir-birimizi?

"Tofiqin ölümü ilə onun bu neçə illərdə yaratdığı mozaik qeyri-adi sütunları olan ədəbiyyat incəsənət sarayının bir tərəfi çökdü. Ədəbiyyat cəmiyyət müstəvisində böyük bir uçurum yarandı". Dərgidəki bu qənaətin müəllifi isə Nemət Veysəllidir.

Saday Budaqlı "Heç kim inanmırdı öləcək..." yazısında mərhum şairlə bağlı səmimi duyğularını bölüşüb: "Nəsə, belə-belə işlər, Tofiq. Yenə sakitcə aradan çıxdın. Ancaq bu dəfə həmişəlik. Dostlar arasında, işdə sənin yerin görünür, Zakirlə, İlhamla sənin söhbətini eləyirik. Sənin üçün hər şey bitdi: oğlu sarıdan, nəvələrin sarıdan narahatçılıqların, başqa problemlərin yoxa çıxdı... Dünyanın bir böyük sirri var ki, öləndə bizə agah olacaq. Sənə indi agah oldu. Bu sirrə vaqif olmaq üçün ölməyə dəyər".

"Ürək demişkən, heç ürəyindən şikayətlənməzdin Sən. Bəlkə incidirmiş Səni, amma mən eşitməmişdim...Sən ürək sahibi idin, arxayın idin o ürəyə...Amma çox vaxt arxayın olduqlarımız beləcə yarıyolda buraxır bizi... Gözümüz qapıda qalıb, Tofiq abi. Demə, həyatımız sənin dipdiri xatirələrinlə dopdolu imiş.." Bu cümlələr isə Sevinc Mürvətqızının Tofiq Abdin haqqında yazdığı "Gözümüz qapıda qalıb, Tofiq abi" yazısındadır.

Nərgiz Cabbarlı şairi "Bizə xəbər edərsən..." yazısı ilə anıb.

Nəşrin baş redaktoru, şair Azər Abdulla qələm dostunun fiziki yoxluğunu "Ölüb itmiş, bitmiş ölüm" yazısındakı kimi qarşılayıb: "Acı xəbəri avtobusda eşidəndə səksəndim, "yəqin kiminsə zarafatıdı" - düşünüb bu xəbəri özümdən genitməyə çalışdım, Tofiq, ancaq bu qara xəbər stəkanda dupduru, şəffaf suya düşüb aramla çökdükcə yayılan qatı, yamyaşıl damcı təkin yavaş-yavaş canıma, qanıma hopmağa başladı. O sonsuz, əbədi dünya varsa, oralarda(!) Şahmar Hüseynov, Vidadi Məmmədov, Tanqo (Tanrıqulu Əliyev), Natiq Səfərov, Aslan Qəhrəmanlını... tapmasan da, dərhal özünə yeni dostlar tapacağına əminəm. Sən ünsiyyətcil, qonaqcıl, insancıl idin..."

Dərgidə Xalq şairi Fikrət Qoca, Qulu Ağsəs, Xanəmir Telmanoğlu, Nəriman Əbdülrəhmanlı, Orxan Aras, Fəthi Gədikli, Elçin İsgəndərzadə, Məzahir Əhmədoğlu, Tofiq Hüseyn, Ceyhun Musaoğlunun da yazıları, eləcə fotoşəkillər mərhum şairin şeirləri yer alıb.

S.ABDULLAYEVA

 





07.05.2014    çap et  çap et