525.Az

Yaşasın Şəmistan Əlizamanlı


 

Yaşasın Şəmistan Əlizamanlı <b style="color:red"></b>

Hərbi vətənpərvər  mahnılarının əvəzolunmaz ifaçısı, hərbi diktor Şəmistan Əlizamanlının 55 yaşına

 

Qismətin - göylərdən göndərilən səs,

İstedad, bacarıq, tükənməz həvəs.

"Cənab leytenant"ın, "İgid əsgər"in

Sevdiyi ustadla kim fəxr eyləməz?

 

Keçibsən içindən atəşin, odun,

Günəş ölkəsinin rəmzidir adın.

Ucadan söyləyib "Can Azərbaycan"

Sevindir ruhunu Əhməd Cavadın.

 

"Vətən əmanəti" - torpaq, su, çiçək,

Qeyrət salnaməmiz - keçmiş, gələcək,

O məşhur türkünü səsləndirəndə,

Qəlbim "Çırpınırdı Qara dəniz"tək.

 

Ön cəbhə xəttində bitməyib savaş,

Guya "həmsədrlər" baş sındırır, baş,

Nəfəsin isidər soyuq səngəri,

Mərmidən güclüdür oxuduğun marş.

 

Soykökə əbədi bağlısan, ey dost,

Aranlı, dərəli, dağlısan, ey dost,

Qədim Borçalıda doğulsan da, bil,

Xalqın, məmləkətin oğlusan, ay dost.

 

Gözümüz fərəhdən, ancaq fərəhdən

Yaşarsın, Şəmistan Əlizamanlı!

Bir şüar yayaram bu dünyaya mən:

Yaşasın Şəmistan Əlizamanlı!


Oktay
Rza 

Əməkdar müəllim

 





07.05.2014    çap et  çap et