525.Az

Hava necə olacaq?


 

Hava necə olacaq?<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal  küləyi gündüz saatlarında mülayimləşəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 10-14,  gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında mayın 8-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər bəzi rayonlarda arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

 





07.05.2014    çap et  çap et