525.Az

Almaniyanın ən gözəl türk qızı


 

Almaniyanın ən gözəl türk qızı<b style="color:red"></b>

Almaniyada təşkil olunan “MİSS TURKUVAZ 2012” gözəllik müsabiqəsinin qalibi məlum olub. 

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 18 namizədin qatıldığı müsabiqənin qalibi almaniyalı türk vətəndaşı Damla Bingöl seçilib. Türkiyəli gözəl Damla Bingölün tacını ötən ilin qalibi Berna Keklik təqdim edib.
 
Qeyd edək ki, yarışmanın ikincisi 24 yaşlı Arzu Akyüz, üçüncüsü isə 21 yaşlı Gülcan Polat olub. Betül Ağabəyoğlu isə “Miss Continantel” mükafatına layiq görülüb.
 
Növbəti ildə keçiriləcək “Miss Deutschland” yarışmasına qatılma haqqı əldə edən Damla Bingöl müsabiqədən sonra jurnalistlərin suallarını cavablandıraraq özünü çox xoşbəxt hiss etdiyini deyib.

Nigar Məhərrəm

 





22.10.2012    çap et  çap et