525.Az

“Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda konfrans keçirilib


 

“Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda konfrans keçirilib<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda konfrans keçirilib.

APA-nın verdiyi məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, Azərbaycan Heydər Əliyev yolu ilə inkişaf edəcək.
 
Ə. Əhmədov bildirib ki, Heydər Əliyev yeni Azərbaycan yaradılması uğrunda mübarizə aparıb və bunu cəmiyyətin yeni modelinin yaradılmasından ayrı təsəvvür etmək mümkün deyil: “Yeni cəmiyyət modeli demokratik prinsipləri, tolerantlığı, vətəndaş cəmiyyətini əhatə edir. Eyni zamanda Heydər Əliyevin dünyagörüşündə sosial ədalət fərqli çalarlara malik idi. Sosial ədalət insanların maraqlarının mənəvi, qanun və vətəndaş hüquqları baxımından bərabərliyini nəzərdə tuturdu. Heydər Əliyev birinə qadağan olunan şeyin digəri üçün icazə verilməsini yolverilməz sayırdı ”.
 
Ə. Əhmədov Heydər Əliyevin mili-mənəvi dəyərlərə xüsusi önəm verdiyini də vurğulayıb: “Azərbaycan cəmiyyəti dünya birliyinin layiqli üzvüdür. Bəşəri dəyərlərlə mili-mənəvi dəyərlərin sintezinə Heydər Əliyev böyük önəm verirdi. Bunun nəticəsində Azərbaycanda yeni uğurlu cəmiyyət modeli qurulub, insanlar rahat yaşayırlar. İnsanların həyatının daim yaxşılaşdırılması bu modelin əsasını təşkil edir. Bu, Azərbaycanın iqtisadi sahədə də uğurlarını şərtləndirir”.
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə çıxışında bildirib ki, Azərbaycan xalqının tarixində tarix yaradan şəxslər az olmayıb: “XX əsrdə Azərbaycanda tarix yaradan şəxslərdən biri də Heydər Əliyevdir. Heydər Əliyevin siyasətində, fəaliyyətində diqqət yetirilən sahələr sırasında elmin inkişafının xüsusi yeri olub. İstər sovet hakimiyyəti, istərsə də müstəqillik illərində elm siyasəti quruculuq siyasətinin əsas hissələrindən birini təşkil edib. Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. Ötən əsrin 70-80-ci illərində Azərbaycan elminin yalnız SSRİ deyil, bütövlükdə dünya miqyasında inkişafı elmi proseslərə, çoxsaylı elmi uğurları, istehsalat sahələrinin genişlənməsinə Heydər Əliyevin elmə müstəsna xidməti nəticəsində mümkün olub. Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdə ölkəmiz aqrar respublika sayılırdı. Elm tutumlu sahələr yox dərəcəsində idi. Elmi strateji əhəmiyyətini düzgün qiymətləndirən Heydər Əliyev elm sahəsində mühüm işlər görülüb. Respublikanın istedadlı gəncləri üçün ali məktəblərdə yerlər ayrıldı, onların elm təhsil müəssisələrində təcrübə keçmək üçün SSRİ mərkəzlərinə göndərdi”.
 
A. Əlizadə qeyd edib ki, elmi əsaslardan bəhs edərkən YAP-ın intellektual, elm sahəsinin inkişafı istiqamətində gördüyü işləri qeyd etmək lazımdır: “Heydər Əliyevin əsasını qoyduğu YAP 20 ildən artıq müddətdə Azərbaycanla birgə addımlayıb, inkişaf edib. Hakim partiyanın bütün digər xidmətləri ilə yanaşı, həyata keçirdiyi missiya ziyalıların cəmiyyətdəki nüfuz və varisliyin saxlanmasının təmin edilməsi olub. YAP-da təmsil olunan ziyalıların sayı minlərlədir. Bu da onu deməyə əsas verir ki, YAP intellektualların partiyasıdır”.
 
Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Heydər Əliyev demokratiyanın inkişafında plüralizm modelinin qurulmasını vacib sayıb və təsadüfi deyil ki, hazırda respublikada 50-dən çox siyasi partiya fəaliyyət göstərir.
 
Z. Əsgərov qeyd edib ki, demokratiyanın təşəkkül tapması üçün iqtisadiyyatın, elmin inkişafı vacibdir.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Heydər Əliyevin qadınların cəmiyyətdə roluna xüsusi önəm verdiyini, ailələrin, uşaqların problemlərinə hər zaman həssaslıqla yanaşdığını qeyd edib.
 
O, hazırda Azərbaycanda 200-dən çox qadın təşkilatının fəaliyyət göstərdiyini açıqlayıb. Azərbaycanda qadın təşkilatlarının layihələrinə də dəstək verildiyini qeyd edən komitə sədrinin sözlərinə görə, 2008-2013-cü illər ərzində Azərbaycanda Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən ailə və qadın 306 layihəyə dəstək verilib. O bildirib ki, son 2 ildə rayonlarda icra başçılarına qadın müavinlər təyin edilir. H. Hüseynova 2020-ci illə bağlı İnkişaf Konsepsiyasında Uşaq Məcəlləsinin hazırlanmasının nəzərdə tutulduğunu və Məcəllənin hazırlanması istiqamətində iş aparıldığını da qeyd edib.
 
H. Hüseynova Dağlıq Qarabağ münaqişəsinin, qaçqın və məcburi köçkün problemi nəticəsində uşaqlarla bağlı təhsildən yayınma, dilənçilik halları narahatlıq yaradıb. O, ötən dövr ərzində bu kimi halların aradan qaldırıldığını söyləyib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Azərbaycanda təhsil və iqtisadi sahədə görülən işlərdən danışıb.
 
YAP icraçı katibi Əli Əhmədov konfransa yekun vurub. Ə. Əhmədov bildirib ki, konfransda çıxışlar nəticəsində Azərbaycanda yeni cəmiyyət modeli barədə təsəvvürlər daha da genişlənib.
 
_________________________
 
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda konfrans başlayıb.
 
APA-nın verdiyi məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, Azərbaycan Heydər Əliyev yolu ilə inkişaf edəcək.
 
Ə. Əhmədov bildirib ki, Heydər Əliyev yeni Azərbaycan yaradılması uğrunda mübarizə aparıb və bunu cəmiyyətin yeni modelinin yaradılmasından ayrı təsəvvür etmək mümkün deyil: “Yeni cəmiyyət modeli demokratik prinsipləri, tolerantlığı, vətəndaş cəmiyyətini əhatə edir. Eyni zamanda Heydər Əliyevin dünyagörüşündə sosial ədalət fərqli çalarlara malik idi. Sosial ədalət insanların maraqlarının mənəvi, qanun və vətəndaş hüquqları baxımından bərabərliyini nəzərdə tuturdu. Heydər Əliyev birinə qadağan olunan şeyin digəri üçün icazə verilməsini yolverilməz sayırdı ”.
 
Ə. Əhmədov Heydər Əliyevin mili-mənəvi dəyərlərə xüsusi önəm verdiyini də vurğulayıb: “Azərbaycan cəmiyyəti dünya birliyinin layiqli üzvüdür. Bəşəri dəyərlərlə mili-mənəvi dəyərlərin sintezinə Heydər Əliyev böyük önəm verirdi. Bunun nəticəsində Azərbaycanda yeni uğurlu cəmiyyət modeli qurulub, insanlar rahat yaşayırlar. İnsanların həyatının daim yaxşılaşdırılması bu modelin əsasını təşkil edir. Bu, Azərbaycanın iqtisadi sahədə də uğurlarını şərtləndirir”.
 
Tədbir davam edir.

 





07.05.2014    çap et  çap et