525.Az

Ən çox qazanan aktyorlar


 

Ən çox qazanan aktyorlar<b style="color:red"></b>

"Forbes" jurnalı dünyanın ən gəlirli aktyorlarının siyahısını dərc edib. Siyahısıya liderlik televiziya və kino ulduzu Eşton Katçerə qismət olub. Belə ki, yalnız 2012-ci il ərzində aktyor 24 milyon dollar gəlir əldə edib. Qeyd edək ki, bu qonorarı aktyor “İki yarım insan” serialında çəkildiyinə görə alıb. O serialda qalmaqallı Çarli Şini əvəz edib.

Eştonu britaniyalı aktyor Xyu Lori izləyir. Onun doktor Haus roluna görə aldığı qonorar 18 milyon dollar təşkil edir.

Eyni qonorar məbləği ilə siyahının üçüncüsü “Buz dövrü” cizgi filmini səsləndirən və “Orta yaşlı kişilər” serialının qəhrəmanı Rey Romanodur.

Aleks Bolduin və Mark Xermon siyahının 4-5 yerlərini bölüşür. Onların gəliri 15 mln. dollar təşkil edib.

Top onluqda 14 milyonla Tim Allen, Con Krayer (13 mln), Patrik Demps (12 mln),Cim Parsons, Conni Qaleki və Ceyson Siqel (8 mln) adlarıda yer alıb.

ANS Press

 





22.10.2012    çap et  çap et