525.Az

Ağacəfər Həsənlinin şeirləri


 

Ağacəfər Həsənlinin <b style="color:red">şeirləri</b>

Axtar məni, ara, bir 
 məkan iki, ara, bir. 
 Evin pirdi  başına 
 dolanıram arabir. 
 
 lll 
 
 EşqKəbədi, Tur dağıdı 
 öp daşını türbə kimi. 
 Münbit Vətən torpağıdı – 
 çək gözünə, sürmə kimi. 
 
 Saxladeyiblər, samanı
 gün gələr, çatar zamanı. 
 Eşqsiz dəqiqəni, anı 
 yaşayarsan türmə kimi. 
 
 Neyləyirsən itən ömrü 
 bu sinəsi sitəm ömrü? 
 Vaxt gərəksiz ötən ömrü 
 tapdalayır gərmə kimi. 

MƏMUR ZAMAN

 

 

Dünyanın bahar üzünə 
 Yağan yağış tək vuruldum. 
 Naxışım gətirməsə , 
 Bir cüt baxış tək vuruldum. 
 
 Çiçək açdı, yarpaqladı, 
 Mənim eşqim dan üzündən. 
 Yuxusunda darı gördü – 
 Beçə xoruz ban üzündən. 
 
 Sular dirildi torpaqda, 
 Dağa-daşa ömür verdi. 
 Ərki çatdı yamaclara, 
 Ağaclara əmr verdi. 
 
 Mülayim, yumşaq təbiət, 
 Qorudu məğrurluğunu. 
 Görməməzliyinə vurdu, 
 Zamanın məmurluğunu

 TÖVBƏ GÜNÜ

 

 

İnanıram ki, hər kəsin
 bir tövbə günü var. 
 Qarşıda boran, qar
 qübar, intizar. 
 
 Qiyamət olar
 Qiyamət günü yalan olar
 həmin günün yanında. 
 Növbə ilə tövbəyə başlar
 kimin etirafı varsa, canında. 
 
 İlk xəyanətin kökü 
 qidasını hardan tapır? – 
 Hər kəsin tövbə günündə 
 günah düyünü açılar. 
 Heyrətdən adamın 
 ağzı açıla qalar. 
 Hər kəs tövbə gününün 
 muştuluğunu gözləyər
 Etirafının üzərində 
 üzərrik yandırsan da, göz dəyər. 
 
 Hər kəsin tövbə günü var
 yaşın başlanğıcında, ortasında... 
  ya lap axırında  
 günün günortasında. 

 

İTİRDİN

 

 

vardısa, itirdin
 açılacaq sabahları
 püskürəcək anları. 
 Keçiləcək çayları
 içiləcək pürrəngi çayları
 fincan-fincan qəhvələri... 
 
 Liman-liman gözlərin 
 həsrətin qanını içirdi
 Axırda o sevgini 
 dilənçinin ovcundan 
 saldığı pul kimi 
 itirdin... 
 
 İtirdin şeirimi
 köçürtmədin üzünü.
 İtirdin neçə sabah – 
 köçürtmədin üzünü. 
 Köhnə əzbərçilər tək 
 vaxtı əzbərləmişəm. 
 Kimə nəsib olubsa
 bədahətən demişəm... 
 
 Başsağlığı verirəm
 indi özüm özümə, 
 həyat deyil gözümə. 
 İki yol ayrıcında 
 bir həsrət, bir eşq, bir sən... 
 Sən məni itirməklə 
 özünü itirmisən... 
 

NƏZARƏTÇİ

 

 

Yaman incimişəm özüm özümdən
 məni barışdırma, küsmüşəm indi. 
 Özümdən getmişəm özgə sözüylə, 
 ən zərif bağları kəsmişəm indi. 
 
 Birmənvar, adıma qoşur ayama
 xırda səhvlərimi vurur üzümə. 
 Düşmən gərək deyil, düşmən axtarma
 elə öz düşmənim özüm özüməm. 
 
 Nöqsanlar tökülür min tərəfimdən 
 bəzən düzəltməyə qıymıram ancaq. 
 Su hərdən bulanır mən tərəfimdən 
 özümü o yerə qoymuram ancaq
 
 Tuturam sevgimə tərəf üzümü
 bütün xam xəyallar düşür gözümdən. 
 Bağrıma basıram bəzən özümü
 bəzən zəhləm gedir elə özümdən. 
 
 Yaşam təcrübəmi alqışlamıram
 həyatda bişməmiş bir alaçiyəm. 
 Mən özüm özümü bağışlamıram
 mən özüm özümə nəzarətçiyəm. 

 

 

DƏYİŞMƏ

 

 

Yazacaqlarımı 
 heç kəs yazmayacaq 
 əvəzimdə. 
 Heç kəs ölməyəcək 
 yerimdə. 
 Məni açmır 
 duyğularımın bu tərz etirafı
 tərs etirazı... 
 
 Ağaclar partizan kimi 
 yapışdıqları torpaqdan əl çəkmir. 
 Heç kəs azadlığın tamını 
 axıracan dadmır 
 yoxsa ağzının ləzzəti qaçardı. 
 Hər kəs bir açardı 
 nəslinin şəcərə qapısında
 Ağzını aradım ağacların... 
 
 Heç kəs əyilib-qalxan budaqların 
 belinin ağrısını hiss eləməyəcək – 
 ata gövdədən başqa
 Heç kəs ağacların havada 
 cızdıqlarını yazdıqlarını 
 oxuya bilməyəcək. 
 
 Ağaclar yerində sayacaq
 heç baş verməyəcək
 heç dəyişməyəcək... 
 Yalnız  payızda 
 qulaqlarının sırğalarını dəyişəcək.

İSTİRAHƏT GÜNÜ

 

 

Haçan yağış yağmadı
 qar çiçək-çiçək açmadı... 
 qarğa adamdan qaçmadı
 istirahət günüdü göyün. 
 
 Köhnə xəzəllər 
 deportasiya olunacaq. 
 Sürgünə göndəriləcək – 
 istirahət günüdü göyün. 
 
 Özünü göstərər hava
 Günəş üzünü göstərməz. 
 O gün üfüqə göz dəyməz – 
 istirahət günüdü göyün. 
 
 Bulud çıxar topa-topa 
 zirvələri tutmaz topa... 
 Dolu başlayar hap-gopa – 
 İstirahət günüdü göyün”. 
 
 Budağında yaşıl sarğı, 
 söyüdlər hoppanar arxı... 
 Fırlanar zamanın çarxı – 
 istirahət günüdü göyün. 
 
SƏFƏR

 

 

Şairlər səfərdədi
 duyğu şəhərində
 vurğu şəhərində
 misra xiyabanında
 qafiyə küçəsində. 
 
 Hər səfər bir Səfər ayıdı
 mübarək zəfər ayıdı. 
 Söz ki, qidalanıb rişə atır
 cücərib bar verir – 
 tamamlanır səfəri şairin... 
 
  yenə səfər başlanır
 söz məmləkətinə
 Səfər zamanı ki
 yolları qar-yağış döyür
 görürsən, sular da səfərdədi
 buludlar da səfərdədi 
 bulaqlar yol yoldaşındı, 
 bulaqlar da səfərdədi... 
 
 Səfər bitib-tükənmir – 
  ömür zəmisində
  tale gəmisində. 
  misra döngəsində 
 söz uğrunda vuruşan 
 şir ürəkli şairin 
 igidlik kölgəsində... 
 
DEYİR MƏNDƏN

 

Bir əsim soyuq küləyəm, 
 qovaqlar deyir məndən? 
 İndi o kefdə deyiləm, 
 qabaqlar deyib məndən? 
 Vallah, yatar ilan vuran, 
 pıçıltısı inam qıran... 
 Hər xəbərə inanmıram, 
 yarpaqlar deyir məndən? 
 
 Gah üşüyən, gah laxlayan, 
 gah qar sırğası bağlayan. 
 Buz sırsırası bağlayan 
budaqlar
deyir məndən? 
 
 Qəmini çalıb-çapmayan, 
 danışmağa söz tapmayan. 
 Ünvanını düz tapmayan 
 dodaqlar deyir məndən? 
 
SƏN UÇUB GEDİRDİN

 

 

Sən uçub gedirdin ta uzaqlara 
 Dolan bulud kimi, itən sis kimi. 
 Dilin gəlmirdi ki, durub deyəsən: 
 kimi gözləyirsiz, axı, siz kimi”. 
 
 Neçənci qatına qalxırdın göyün, 
 Neçənci dəfəydi üz turşutmağın. 
 Onsuz havalanıb uçub gedirdin, 
 Məni lazım idi ucuz tutmağın? 
 
 Çəkirdi içinə nəfəsini , 
 Hava açılmırdı sənin üzündən... 
 Sən uçub gedirdin yad planetə 
 Xəbərin yox idi sənin özündən. 
 
  olsun, açıqdı göylərin üzü, 
 Sənə olmuşdu bu yaşda axı?
 Bir eşqin peşiman üz qaralığı, 
Bizə gətirmədi baş ucalığı. 
 

SÖZ ALTINDA QALMADIM

 

 

Şair Eldar İsgəndərzadəyə  

 

 

Gözə gələ bilərdim, 
 Göz altında qalmadım. 
 Ocaqda külə döndüm, 
 Köz altında qalmadım. 
 
 Qarşım duman, qarşım sis
 Başımda tüküm biz-biz. 
 Murazımı basıb his, 
 Toz altında qalmadım. 
 
 Qaçan yol-riz qıyqacı – 
 Ürəyim cığır açı... 
 İz qoydum cığır açım, 
 İz altında qalmadım. 
 
 Ələdi ələyimi, 
 Qanatdı lələyimi. 
 Söz kəsdi kələyimi, 
 Söz altında qalmadım. 
 

TƏKBƏTƏK

Hərdən qalmaq istəyirəm,

özüm özümlə təkbətək.

könlümdən keçər, olsa

gözüm gözünlə təkbətək.

Bar gətirən ağac idim,

dərd köçürən sayğac idim.

Baş götürüb hara gedim?

sözüm sözünlə təkbətək.

hasil oldu şeirdən? –

yaxa qurtardım sehirdən.      

Mən ölmüşəm, götür yerdən,

üzüm üzünlə təkbətək.

Mən bir mağmın, sən bir qoçaq,

sevinc məndən düşüb qaçaq.

Buza dönüb isti ocaq

közüm közünlə təkbətək.

 





07.05.2014    çap et  çap et