525.Az

Ukrayna nə qədər hərbçi itirib?


 

Ukrayna nə qədər hərbçi itirib?<b style="color:red"></b>

Ukrayna Təhlükəsizlik Xidməti ölkənin şərqində keçirilən antiterror əməliyyatında güc strukturlarının nə qədər itki verdiyini açıqlayıb.

APA-nın “İnterfaks Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat başladıqdan bəri Təhlükəsizlik Xidmətinin əməkdaşları da daxil olmaqla, 14 hərbi qulluqçu həlak olub, 66-sı yaralanıb. Bu rəqəmlər mayın 6-na olan məlumatdır. Bu gün Slavyansk ətrafında gedən döyüşlərdə də Ukrayna tərəfinin itki verdiyi bildirilir.
 
Ukrayna Ali Radası antiterror əməliyyatında iştirak edən güc strukturları əməkdaşlarına müharibə iştirakçısı statusunun verilməsi haqqında qərar qəbul edib.

 





07.05.2014    çap et  çap et