525.Az

Azərbaycanda Bilik Fondu yaradıldı


 

Azərbaycanda Bilik Fondu yaradıldı<b style="color:red"></b>

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında fərman imzalayıb.

525.az-ın AzərTAc-a istinadən xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb. Fərmana əsasəN, “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi” təsdiq edilməlidir. Fondun işçilərinin say həddi 20 ştat vahidi müəyyən edilib.
 
 
Nazirlər Kabineti Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb ölkə prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat verməli, Fondun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını bir ay müddətində təsdiq edib Prezidentinə məlumat verməli, Fondun fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etməlidir.
 
 
Ədliyyə Nazirliyinə isə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etmək tapşırılıb.

 





07.05.2014    çap et  çap et