525.Az

Vladimir Putin referendumu təxirə salmağa çağırıb


 

Vladimir Putin referendumu təxirə salmağa çağırıb<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin gözlənilməz addım atıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, V. Putin Ukraynanın şərqindəki separatçıları mayın 11-nə təyin etdikləri referendumu təxirə salmağa çağırıb. O, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ukraynada dialoqun başlaması üçün lazımi şəraitin yaradılmasına səsləyib: “Dialoqa lazımi şəraitin yaradılması üçün Ukraynanın cənub-şərqinin nümayəndələrini, ölkənin federallaşmasının tərəfdarlarını mayın 11-nə nəzərdə tutulan referendumu təxirə salmağa çağırırıq”.
 
V. Putin hesab edir ki, Ukrayna hakimiyyəti cənub-şərq vilayətlərinin təmsilçiləri ilə birbaşa dialoqa getməlidir: “Dialoqun əsas şərti silahlı qüvvələrdən, eləcə də qanunsuz silahlı dəstələrdən istifadə etməklə hər cür zorakılığa son qoyulmasıdır”.   
 
Xatırladaq ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərində inzibati binaları ələ keçirən silahlı separatçılar mayın 11-də Donetsk və Luqansk xalq respublikalarının yaradılması məqsədilə referendum keçirəcəklərini bəyan ediblər.
 





07.05.2014    çap et  çap et