525.Az

Ali məktəblərə 62 nəfər imtahansız qəbul olacaq


 

Ali məktəblərə 62 nəfər imtahansız qəbul olacaq<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-cü tədris ilində ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olmaq üçün sənəd verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibləri olan abituriyentlərin sayını açıqlayıb.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, bu il ölkənin ali məktəblərinə müsabiqədənkənar qəbul olmaq üçün 62 nəfər sənəd verib. Onun sözlərinə görə, ali məktəblərə müsabiqədənkənar qəbul olan 62 abituriyentin 1-i riyaziyyat fənni üzrə dünya fənn olimpiadasının, 1-i musiqi sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqənin, 60-ı isə idman sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların qalibləridir.
 
Qeyd edək ki, “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

 





08.05.2014    çap et  çap et