525.Az

ANS-də yeni serial başlayır


 

ANS-də yeni serial başlayır<b style="color:red"></b>

Bu günlərdə ANS-in efirində "Paytaxt salatı" adlı yeni serial nümayiş olunacaq. Tanınmış aktyor Fərda Xudaverdiyev bu yumoristik serialda baş rola çəkilib. Serialın ana xəttini düşündürücü  gülüş təşkil edir. F. Xudaverdiyev təkcə baş rolun ifaçısı yox, həm Əlibəy Məmmədli ilə birlikdə ssenari müəllifi kimi çıxış edir. Serialın rejissoru isə Yeganə Əbdülməmmədovadır. “525”ə açıqlamasında F. Xudaverdiyev filmlə bağlı fikirlərini bölüşüb: "Bu ad hər kəsə tanışdır. Adından göründüyü kimi paytaxt sözü Bakı şəhərinə işarədir. Salat isə müxtəlif xarakterli insanların simvoludur. Bura hər cür insanlar daxildir. Bu, çox fərqli bir serialdır. Mənim yumorumu bəyənən hər kəs ürəyi istədiyi qədər gülə biləcək. Tamaşaçıları əmin edirəm ki, çox əylənəcəklər".

Həmçinin serialda Xumar Səlimova, Elşən Bayraməliyev, Ruhiyyə Yəhyayeva, Tural Əhmədov digər aktyorlar rol alıblar. Serial mayın 10-dan etibarən hər şənbə saat 22:00-da ANS- nümayiş olunacaq.

Ramil

 





08.05.2014    çap et  çap et