525.Az

Məxtumqulu Fəraqi və xvııı əsrdə Oğuz türklərinin ədəbiyyatı


 

Məxtumqulu Fəraqi və xvııı əsrdə Oğuz türklərinin ədəbiyyatı<b style="color:red"></b>

filologiya elmləri doktoru 

Türkmən xalqının ən böyük şairi, bütün türk xalqları ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Məxtumqulu Fəraqi xalq şeiri ilə klassik şeir ənənələrini birləşdirən sənətkarlardandır. Dövlətmənd Azadi Nurməhəmməd Qərib Əndəlibin simasında türkmən ədəbiyyatında özünü biruzə verən bu cərəyan Məxtumqulu Fəraqinin şəxsində öz zirvəsinə çatmışdır. Məxtumqulu şeiri realizmə, həyat gerçəkliyinin realist təsvirinə meyl edən türkmən poeziyasının ən parlaq səhifəsidir. M.Fəraqi yaradıcılığı xalqın həyat tərzi, məişəti, sevinc kədəri ilə sıxı surətdə bağlı olan, əslində türkmən xalqının ensiklopediyası olan böyük sənətkardır. Şair türkmən xalqının həyatının ən çətin, zidiyyətlərlə dolu, daxili çəkişmələrin, ölkələrarası münaqişələrin  getdiyi bir dövrdə yaşayıb-yaratmış, həmişə qəlbi xalqının qəlbi ilə bir vurmuş, onun sevinc kədərinə şərik olmuşdur. Yaşadığı dövrün haqsızlıqlarını, ədalətsizliklərini amansız tənqid hədəfinə tutan, xalqını azad, xoşbəxt görmək istəyən, türkmənlərə daxili çəkişmələrə son qoyub, vətəni düşmən tapdağı altına düşməyə qoymamağı, ölkəni bir yumruq kimi birləşib müdafiə etməyi tövsiyə edən, sözün əsl mənasında milli şairdir.

Maraqlıdır ki, türkmən ədəbiyyatında milliliyi tərənnüm edən, realizmi əsas təsvir üsulu sayan Məxtumqulunun yaradıcılığındakı meyllər bir sıra digər oğuz türklərinin yaradıcılığında müşahidə olunur. XVIII əsrdə Məxtumqulu ilə bərabər Şimali Azərbaycanda Molla Pənah Vaqifin, cənubda Tilimxanın, Türkiyədə Nadimin yaradıcılığında ilkin realizmə, xəlqiliyə meyl, real gözəlin, dünyəvi eşqin vəsfi, nikbin notlar diqqəti ilkin cəlb edən cəhətlərdəndir. Türk xalqları arasında Füzuli şeirlərinin çox geniş yayıldığı bir dövrdə Azərbaycan şairi Vaqifin (1717-1797) qoşmaları meydana çıxdı oxucular tərəfindən çox bəyənildi. Onun xüsusilə xalq ədəbiyyatı formalarında yazdığı əsərlərində, qoşmalarında nikbin əhvali-ruhiyyə, həyati, dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlidir, Azərbaycan xalqının adət ənənələri, milli həyat canlı, poetik ifadəsini tapmışdır. Vaqif Azərbaycan türklərinin bədii dilini yeni yüksəliş pilləsinə qaldırmışdır. Onun əsərlərində Azərbaycan türkcəsi bütün gözəlliyi, zənginliyi ilə təzahür edir. Onun müasiri, osmanlı divan ədəbiyyatının ən önəmli şairlərindən olan Əhməd Nədim (1680-1730) xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyl etmişdir. Nədim xalq şeir formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur.

İranın Savə bölgəsinin Mərəğey kəndində dünyaya gəlmiş Tilimxanın (1763-1831) şeirləri Savə, Qum, Ətrak, Həmədan, Qəzvin Zəncamda, Cənubi Azərbaycanın müxtəlif bölgələrində dillər əzbəridir. Tilimxanın əsərlərinin, xüsusilə şifahi xalq ədəbiyyatı formalarında yazdığı qoşma, gəraylı cığalı təcnislərinin geniş kütlələr arasında yayılması onun əsl xalq şairi olduğunu sübut edir. Tədqiqatçılar onun yaradıcılığında Vaqiq Məxtumqulunun təsiri olduğunu qeyd etmişlər.

Məxtumqulu Fəraqinin yaradıcılığı belə bir türk-oğuz mühitində inkişaf edirdi. Məşhur türkoloq V.Bartoldun dediyi kimi, tarixdə hələ heç bir türk şairi Məxtumqulu qədər populyar olmamış, onun qədər sevilməmiş, oxunmamış, əzbərlənməmişdir.

Məxtumqulu hər şeydən öncə böyük şair istedadlı aşıqdır. Artıq XVII əsrdən etibarən türk ədəbiyyatında divan ədəbiyyatı ilə aşıq yaradıcılığı qovuşaraq yeni bir mərhələyə qədəm qoymuş, yazılı ədəbiyyatla şifahi ədəbiyyatın sintezi nəticəsində şair-aşıq sənətkarlar yetişmişlər. Məxtumqulu türkmən ümumtürk folklorunu dərindən mənimsəyən xalq şairi-aşığı səviyyəsinə yüksəlmişdir.

Məxtumqulu yaradıcılığının əsasını məhəbbət lirikası təşkil edir. Lakin onun tütkmənləri birliyə çağıran ictimai məzmunlu şeirləri az deyildir. O, "xalqın xoşbəxtliyi birliyindədir" ideyasını şeirində belə ifadə etmişdir:

 

Birləşib, həmrəydir könüllər, başlar,

Qıy vursa əriyər torpaqlar, daşlar,

Bir süfrəyə gələr çörəklər, aşlar,

Qardaşlıqdır xoş iqbalı türkmənin.

Bu şeir XVII əsrin böyük Azərbaycan şairi, zəhmətkeş xalqın qüvvəsinə inanan onu öz gücünün tükənməzliyinə inandırmağa çalışan Abbas Tufarqanlının insanları birliyə çağıran misralarını xatırladır:

 

Abbas deyər bu sözləri sərindən,

Arxı vurun suyu gəlsin dərindən,

Söz bir olsa dağ oynadar yerindən,

El bir olsa zərbi kərən sındırar.

 

M.Fəraqinin dini məzmunlu şeirləri çoxdur. Onun yaradıcılığında ictimai-siyasi məzmunlu şeirlər, fəlsəfi-didaktik əsərlər önəmli yer tutur. Bunlardan başqa, Məxtumqulunun müxtəlif səbəblərdən yazdığı şeirləri (vücudnamələr, atasına, qardaşı Abdullaya həsr etdiyi şeirlər) vardır. Doğma xalqına qırılmaz tellərlə bağlı olan böyük sənətkar xalq ruhunun tərcümanı kimi onun arzu istəklərini, həyatını taleyini qələmə almış, bunu geniş poetik vüsət sonsuz ilhamla, əlvan parlaq boyalarla yerinə yetirmişdir. Məxtumqulunun üç əsrdən bəri türkmən ədəbiyyatını istiqamətləndirməsinin sevilməsinin səbəbi elə budur. Onun türkmən birliyi ideyasına xidmət edən şeirlərinin bir qismi sözün əsl mənasında türkmənlərə ortaq milli şüur aşılayan, bir qismi adlı-sanlı tütrkmən xanlarının, bəylərinin, sərkərdə döyüşçülərinin qəhrəmanlıqlarını tərənnüm edən, bir qismi isə vətənin gözəlliklərini vəsf edən şeirlərdir.

Məxtumqulu əsərlərinin 2 əlyazma nüsxəsi AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanmaqdadır. Onu da qeyd edim ki, Əlyazmalar İnstitutunun xəzinəsi türk mənəvi birliyinin ən bariz sübutlarından biridir. Burada böyük Azərbaycan şairləri ilə bərabər özbək şairləri Ə.Nəvainin, Mücrim Buxarinin, osmanlı ədəbiyyatının klassikləri Baqi, Nədim, Naili, Niyazi Misri, Əlaəddin Sabit, Növrəs, Ümmi İsa Qaramanlı, Şeyx İshaq ət-Tokati, Güvahi, Nazim İstanbuli, İsməti, İbrahim Həqqi Ərzurumi, Ziya Paşa başqalarının əsərlərinin əlyazmaları qorunur.

Məxtumqulunun Əlyazmalar İnstitutunda saxlanan birinci əlyazması XIX əsrdə köçürülmüş divandır, burada 94 qoşma qəzəllər toplanmışdır. XIX əsrdə Türkmənistana köçürülmüş ikinci əlyazmada şairin ayrı-ayrı şeirləri köçürülmüşdür.

Məxtumqulu bu gün bütün türklərin, xüsusilə oğuz türklərinin sevimli şairidir. Böyük şairin möhtəşəm yaradıcılığı, əsərlərində vəsf etdiyi milli birlik ideyası onun özündən sonrakı nəsillərə qoyub getdiyi ən dəyərli mirasdır.

 





08.05.2014    çap et  çap et