525.Az

“Naşir” jurnalının yeni sayı


 

“Naşir” jurnalının <b style="color:red">yeni sayı</b>

Bu yaxınlarda Azərbaycan Naşirlər Poliqrafçılar İctimai Birliyinin  mətbu orqanı olanNaşirjurnalının aprel-may buraxılışı nəşr edilib. “Kitab evində növbə yarandıyazısında şair Vaqif BəhmənlininHamıİşartı”, şair-publisist Rəşad MəcidinDəlicəsinəkitablarının təqdimat mərasimindən bəhs olunur.

 

Dərginin bu sayında Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu ilə müsahibə verilib.

 

Görkəmli ədibimiz, Xalq yazıçısı İlyas Əfəndiyevin tanınmış uşaq şairi Teymur Elçinin nəvəsi, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın hər iki söz ustadı haqqında söhbətiİşıq həyat birləşəndəmüsahibəsində öz əksini tapıb.

 

Redaktəsizrubrikasında bu dəfə şair Vaqif BəhmənlininYerdən göyə, göydən yerəkitabyazısı verilib: “Qorxma, gözün kor olunca oxu, ayrı bir gözün açılacaq. Dünyanı sona yetirən fəlakət anında hər şeydən öncə kitabxanaların xilası ən doğru seçim olardı. Yalnız bu halda neosivilizasiyalar antik eralarda bizim mövcudluğumuzdan xəbər tuta, məhz unikal təcrübə dəyərlər hesabına sadəlövh bir zillətlə milyon ilə keçdiyimiz yolu tez bir zamanda adlaya bilərlər. And olsun o məhşər gününə ki, həm bizim kitablar yeni dünyanı insan əclaflığının təkrarından qoruyacaq...”

 

Şair babanın yazar nəvəsimüsahibəsində Xalq şairi Rəsul Rzanın doğum günü ərəfəsində babası haqqında Günel Anarqızının fikirləri var.

 

DiasporamızbölümündəFəxri konsul Fəxrəddin Mirzəyev  yazısı verilib.

 

Jurnalda təqdim olunan daha bir maraqlı yazıHəbsxanada yazılan 10 əfsanəvi kitabhaqqındadır.

 

MeydandakıTHE BESTqadınlaryazısında əsərləri bestsellərə çevrilmiş məşhur xanım yazarlarCoan Roulinq, Stefani Mayer, Erika Ceyms, Syuzen Kollinz, Jillian Flinn, Silviya Dey, Veronika Rot, Kassandra Kler haqqında məlumatlar təqdim edilib.

 

Mark Tveninmacəralarıyazısında Nərmin Nöqtə görkəmli yazıçının ömür yaradıcılıq yoluna işıq tutub. Yazıda həmçinin Mark Tvenin həyat təcrübəsindən qaynaqlanan məsləhətlər oxucuların diqətinə çatdırılıb: “Dünyanın sənə borclu olduğunu heç kəsə bəyan etmə, çünki onun sənə heç bir borcu yoxdur. O, səndən əvvəl mövcud olub./ Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasının ruhlandırmağa cəhd etməkdir./ 20 il sonra sən etdiklərinə görə deyil, etmədiklərinə görə təəssüflənəcəksən. Ona görə lövbəri qaldır sakit limandan uzaqlaş. Yelkənin arxasından əsən küləyi yaxala. Arzu tut. Açılışlar et”.

 

Dilqəm Əhmədinİki dostunQeyrəti yazısında Mirzə Cəlil Ömər Faiq Nemanzadə haqqında məlumatlar müəllifin mülahizələri qələmə alınıb.

 

Naşirin budəfəki qonağı tarix elmləri doktoru Fərid Ələkbərli Vatikan arxivlərindəki araşdırmalarından söhbət açıb.

 

Filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovanın bəraət sənədləri haqqında yazısı daNaşirin bu sayında işıq üzü görüb.

 

Roald DalınÇippendeylin dördüncü komodouSevinc Nuruqızının tərcüməsində oxucuların ixtiyarına verilib.

 

Amerikanı riqqətə gətirən kamançaçı” – İmamyar Həsənovla söhbət dərgidə çap olunub.

 

Professor Səlahəddin XəlilovNaşirlik məsuliyyətiyazısında nəşriyyatların öz ali məramına doğru yüksəlişi qənaətində olduğunu vurğulayıb.

 

Jurnalda Simona de Bovuarın Nellson Alqrenə, Aqness fon Kirovskinin Ernest Heminqueyə, Virciniya Vulfun əri Leonard Vulfa yazdığı məktublarAyrılıq məktublarıbaşlığında yer alıb.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad MəcidMilanda duyduğum qürur hissiyazısında bu ilin fevralında İtaliyaya səfəri  zamanı aldığı zəngin təəssüratı oxucularla bölüşüb: “Milanda keçirdiyimiz ikigünlük tədbirlərdə iştirakımız zamanı böyük qürur hissi yaşadıq. Milan kimi qədim mədəniyyət mərkəzində Azərbaycan kitabının nəşri möhtəşəm təqdimatı bütövlükdə ədəbiyyatımızın uğurudur. Daha bir uğur da odur ki, həmin tədbirlər İtaliya mediasında da geniş şəkildə işıqlandırıldı. Hesab edirəm ki, biz öyrənməli kitabın təbliğatında bu cür məqamlardan istifadə etməliyik”.

 

Dizayner, fotoqraf Fəxriyyə Məmmədovanın düşüncələriİkisi birində: həm fotoqraf, həm rəssamyazısında təqdim olunub.

 

Jurnalda güzgünün mistikası, qiymətli daşlardan firuzə, çiçəklərdən bənövşə ilə, eləcə insanın enerji çakraları ilə bağlı maraqlı materiallar verilib.

 

Sevinc MÜRVƏTQIZI  
 





09.05.2014    çap et  çap et