525.Az

“Kitabçı”nın oxucularla 3-cü görüşü


 

“Kitabçı”nın oxucularla <b style="color:red">3-cü görüşü</b>

Bugünlərdə “Kitabçı” jurnalının növbəti – 3-cü sayı işıq üzü görüb. Jurnalın yeni sayının aparıcı temasıİtirilmiş nəsilləranlayışı ilə bağlıdır.

Dərgi baş redaktor Səlim Babullaoğlununİstəklər imkanlar arasında itməkyazısı ilə açılır: “Görünür, “itmişlikistəklər imkanların tərs mütənasibliyidir... Amma bir az da seçim məsələsidir, yəni eyni vaxtda iki kətildə oturmaq olmaz... Hər şeyin bir Sözdən törədiyi bu dünyadaitmək”, “itirilmək yalnız həmin Sözün növbəti təzahürüdür; Söz itmir, şəkil(çi) dəyişməklə zühur edir, ta sükuta qədər...”

Jurnalda İsveç tənidçisi tərcüməçisi Yuhan Öberqinİtirilən qazanılan nəsillər”, Hollandiyada yaşayan türk yazarı Sadık Yəmnininİtirilmiş nəsillərin əks-sədası”, Tatarıstanınİdeljurnalının baş redaktor müavini Qalina ZaynullinanınPatologiya, iradəsizlik, əcdadların mənfi yüküAynaZerkaloqəzetlərinin baş redaktoru Elçin Şıxlınınİtirilmişlərdən geriyə qalanlaryazıları təqdim olunub.

Bu sayda şairlər Vaqif Bəhmənli Rəşad Məcidin yeni kitablarının Azərbaycan Naşirlər Poliqrafçılar BirliyiTəhsilNəşriyyat Evinin mağazasında keçirilən təqdimat mərasimindən material var.

Kitab sülh tərəqqinin xidmətində”, “Azərbaycan nəşrləriLondon Kitab sərgisindəyazılarında ölkəmizin beynəlxalq kitab-sərgi yarmarkalarında təmsil olunması mövzusu önə çəkilib.

Amerikanın kitab işi üzrə tanınmış mütəxəssisi Penni SansivierininKitabınızın nəşrinə hazırsınızmı?” məqaləsi jurnalda dərc edilib. P. Sansivieri müəlliflər üçün kitab marketinqi ilə bağlı dəyərli məsləhət tövsiyələr verib.

İrsən ötürülən açar: Kitabın arasındakı rəsmbaşlığı altında Rəbiqə Nazimqızının Xalq rəssamı Arif Hüseynovla söhbəti təqdim olunub.

Yazar İmdat Avşarın tərcüməsində Əjdər Olun Türkiyədə çıxan iki kitabı – “Azərbaycan lətifələriÖlümlə oyunhaqqında da dərgidə məlumat yer alıb. 

Ariz Tarverdiyevin müəllifi olduğuParisdə bir qəribyazısında  təbrizli nasir dramaturq Qulamhüseyn Saedinin həyat yaradıcılığı ətraflı nəzərdən keçirilib: “Onun əsərlərinin Markes, Kafka, Mopassan, Bekket Günter Qrassın əsərlərilə çox oxşarlığı var. Yaradıcılığında özünü taleyin hökmünə təslim etmiş zavallıların fanatizm, cəhalət, qorxu-fəlakət-mistika burulğanında çarəsizliyini əks etdirir. Saedinin yazdığı əsərlərin əksəriyyəti magik realizm ruhundadır. Təsadüfi deyil ki, bu üslubun ilkin nümunəsinin məhz Saedi tərəfindən yazıldığı irəli sürülür”.

Ülviyyə HeydərovaPuşkin adınadəymədüşərödülləryazısında eyniadlı mükafatın tarixçəsindən söz açıb.

Jurnalda Səlim Babullaoğlunun təqdimatında –”Müşfiq yeni redaktədə: Sevda türküləriadlı maraqlı bir material verilib.

Kinoşünas Aygün AslanlıÇəkilən, çəkilən, çəkilənŞerlok Holmsməqaləsində Artur Konan Doylun məşhur qəhrəmanının ekran həyatı haqqında mülahizələrini bölüşüb.

Dərgidə dahi alman bəstəkarı Rixard Vaqnerin Azərbaycan dilində nəşr edilmişMənim həyatımxatirələr kitabının təqdimat mərasimindən hazırlanan reportaj kitabdan fraqment təqdim olunub.

Fərid Hüseynin qocaman ədib Vidadi Babanlı ilə söhbətiYer dərdindən kitablarımın neçəsi it-bata düşdümüsahibəsində öz əksini tapıb.

Dünyanın ən gözəl təsirindən yazan S.Babullaoğlu böyük Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Markesin yaradıcılığından söz açıb: “Markes... Azərbaycan ədəbiyyatında 30 ildir ki, belə desək, “gündəmdədir. Markesbizimklassikdir. Klassiklər isə bir tərəfdən təsir etmir, yəni onların təsiri altında olan ədəbiyyat ikinci dərəcəli olduğundan müzakirə predmeti belə olmur, ya da onlar həmişə öz böyük həqiqi təsiri imkanlarını ( bu isə ədəbiyyatın missiyası deməkdir) saxlamaqla, dediyim kimi, bu sualı açıq saxlayırlar”.

Dərgidə tanınmış türk şairi Orxan Vəlinin şeirləri ilə yanaşı, Xalq yazıçısı Anarın adıçəkilən şairin həyat yaradıcılığından bəhs edənİstanbulu dinləyən heykələsərindən fraqment yer alıb: “Orxan Vəlinin şairlik təcrübəsi mənimçün başqa bir qənaəti təsdiq edir. Hər bir həqiqətən istedadlı şair bəyan etdiyi estetik konsepsiyalardan daha böyükdür, məxsus olduğu ədəbi cərəyanlardan daha genişdir, hər hansıizmlərdən daha zəngindir”.

Elcan Salmanqızının hazırladığıToz nəhənglər kolleksiyasıadlı yazı miniatür kitabların yaranması, nəşri tarixi haqqındadır.

Kitaba eybəcər, yaramaz münasibətin sərrast bədii ifadəsi olan dəyərli bir əsərCanni RodarininQrafinyahekayəsi Seyfəddin Hüseynlinin tərcüməsində təqdim edilib.

Kitabçının sorğusunu cavablandıran sənətçilərdən Flora Kərimova, Tünzalə Ağayeva, İlqar Muradov Elxan Şirinov mütaliə barədə danışıb, oxuduqları kitablar barədə məlumat veriblər. Ədəbiyyat futbolun maraqlı tandemi, ədəbiyyatçıların futbola münasibəti QismətinTopqələmin ucundayazısında əks olunub. İsveç yazıçısı Avqust StrinqberqinTənharomanından bir hissə jurnalın bu sayında nəsrsevərlərin ixtiyarına verilib. Jurnalın şef-redaktoru Seyfəddin Hüseynlinin moderatorluğu ilə yazarlar Əlabbas, Zahid Sarıtorpaq, Mirmehdi Ağaoğlu, Eyvaz Zeynalov Sevinc MürvətqızıBir ədəbi nəslin taleyi: 80-cilər itirilibmi?” mövzusunu müzakirə ediblər.

İtiriləsi nəsil olmayandayazısında sözügedən məsələ tənqidçi-ekspert baxışı ilə işıqlandırılıb.

Dərginin bu sayında Boris Pasternakın ev-muzeyindən hazırlanmış reportaj da diqqəti çəkir.

Bütün bunlarla yanaşı, jurnalda dünya ədəbiyyatı, sənət aləmi ilə bağlı bir sıra maraqlı faktlar, materiallar da yer alıb.

Kitabçı Bakıdakı qəzet köşklərindən, həmçininAkademiya Kitab Mərkəzi”, “BayatıKitabevimdükanlarından əldə etmək mümkündür. Jurnala abunə olmaq üçün isə 012 437 28 10 468 67 13 nömrəli telefonlarla əlaqə saxlamaq lazımdır.

S.MÜRVƏTQIZI

 





09.05.2014    çap et  çap et