525.Az

Akademik Milli Dram Teatrı Konya festivalında iştirak edəcək


 

Akademik Milli Dram Teatrı Konya festivalında iştirak edəcək <b style="color:red"></b>

Adanada keçirilən Sabançı Beynəlxalq Teatr Festivalından yenicə qayıtmış Akademik Milli Dram Teatrı bu gün daha bir Beynəlxalq Festivalda iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşür. Türkiyənin qədim mədəniyyət mərkəzlərindən olan Konyada keçirilənMin nəfəs, bir səsteatr festivalında teatrımız AzərbaycanıKitabi-Dədə QorqudeposununDirsə xan oğlu Buğacboyu əsasında hazırlanmışİlahi oyuntamaşası ilə təmsil edəcək.

 

Janrı bir hissəli soylama kimi müəyyənləşdirilmiş tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Səhnə əsərində Əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova, Novruz Novruzlu çıxış edirlər.

 

Qeyd edək ki, Türkdilli Dövlətlərin Teatr Rəhbərlərinin Şurasının toplantısında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun təklifinə əsasən, ümumtürk ədəbi abidəsi olanKitabiDədə Qorquddastanının müxtəlif boyları əsasında türkdilli dövlətlərin teatrlarının tamaşalar hazırlaması festivala təqdim etməsi nəzərdə tutulmuşdu. Sözügedən layihə çərçivəsində hazırlanan tamaşalar Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin Konya Dövlət Teatrının keçirdiyi VIIMin nəfəs, bir səsTürkdilli Teatrların Beynəlxalq Festivalında təqdim olunacaq.

 

Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Cümhuriyyəti Mədəniyyət Turizm Nazirliyinin Konya Valiliyinin dəstəyi ilə təşkil olunanMin nəfəs, bir səsTürkdilli Teatrların Beynəlxalq Festivalı artıq 7 ildir ki, mütəmadi şəkildə keçirilir böyük maraqla qarşılanır. Dostluq sülhü əsas məramı hesab edən festivalda bu 7 il ərzində müxtəlif ölkələrin türk dilində tamaşa hazırlayan teatr kollektivləri iştirak edib.

 

Festivalın bu ilki proqramına Türkiyə teatrları ilə yanaşı, Azərbaycan, İraq, Qazaxıstan, Dağıstan, Qaqauz, Balkarya Hollandiya teatrları dəvət olunub. 4-14 may tarixlərində keçirilən festivalda 10 tamaşa nümayiş olunacaq.

 

Akademik Milli Dram Teatrınınİlahi oyuntamaşası Ulu Öndərin doğum günündə – 10 may tarixində, yerli vaxtla saat 20:00-da nümayiş olunacaq. Akademik Milli Dram Teatrının tamaşasının məhz Heydər Əliyevin doğum günündə təqdim olunması heç təsadüfi deyil. Çünki məlum olduğu kimi, “Kitabi-Dədə Qorquddastanının Azərbaycan xalqının mühüm tarix mədəniyyət qaynaqlarından biri kimi araşdırılması işi Heydər ƏliyevinKitabi-Dədə Qorquddastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 20 aprel 1997-ci il tarixli müvafiq Fərmanından sonra sistemli şəkildə həyata keçirilməyə başladı. Ümummilli lider rəsmi sənədlərdə, yığıncaqlardakı çıxışlarında, habelə verdiyi müsahibələrində dönə-dönəKitabi-Dədə Qorquddastanının tarixi, mədəni dəyərindən bəhs etmiş, onu ədəbiyyatımızın ən dəyərli abidələrindən biri kimi qiymətləndirmişdi. 1300 illik yubiley üzrə Dövlət Komissiyasının iclaslarında H.Əliyev alimlər, yaradıcı ziyalılar, eləcə dövlət qurumları qarşısında məsələlər qaldırmış, yeni elmi, bədii, təsviri sənət əsərləri yaradılmasını tövsiyə etmiş, Dədə Qorqud dastanı ilə bağlı park kompleksinin hazırlanmasını gündəliyə gətirmiş, dastanın öyrənilməsi işinin yubileylə kifayətlənməyib, fasiləsiz davam etməsini xüsusi vurğulamışdı. Yeri gəlmişkən, Ulu Öndərin arzusu həyata keçmiş, ötən il  Bakının Qorqud park kompleksi salınmış, “Kitabi-Dədə Qorqudabidəsi ucaldılmışdır.

 

Bu mənada, bu gün belə möhtəşəm bir layihənin həyata keçirilməsi, türkdilli dövlətlərin teatrlarındaKitabi-Dədə Qorquddastanının boyları əsasında tamaşaların hazırlanması beynəlxalq festivalda nümayişi milli-mənəvi dəyərlərimizin qorunması təbliği istiqamətində gördüyü işlərin məntiqi davamı uğurlu nəticəsi kimi dəyərləndirilə bilər.

 

Məhəbbət HACIYEVA  
 





09.05.2014    çap et  çap et