525.Az

Türkiyədə partlayış: 25 ölü


 

Türkiyədə partlayış: 25 ölü

Türkiyə Silahlı Qüvvələrinin Afyonkarahisar vilayətindəki cəbbəxanasında partlayış baş verib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 5-də yerli vaxtla saat 21.15-də səbəbi hələ məlum olmayan partlayış nəticəsində 25 əsgərin həlak olduğunu açıqlayıb.

Partlayışın cəbbəxanada olan əl qumbaralarının sayılması zamanı baş verdiyi söylənilir. Az sonra hadisə yerində alovdan yaranan kiçik partlayışlar əhalini daha da qorxudub. Yaxın ərazilərdə yerləşən bütün evlər boşalsa da, əsgər ailələri gecə hadisə baş verən məkanı dövrəyə alıblar. Baş verən hadisəylə baş nazir Rəcəb Tayyip Ərdoğan gecə saatlarında  maraqlanaraq kədərləndiyini ifadə edib.

Bəzi mənbələr şəhidlərin sayının 32 və ya daha çox olduğunu iddia edirlər.

 





06.09.2012    çap et  çap et