525.Az

Fantastik eşqin gerçək duyğuları (“Amfibiya adam”)


 

Fantastik eşqin  gerçək duyğuları<b style="color:red"> (“Amfibiya adam”)</b>

Yaxşı yadımdadır, “Amfibiya adama baxanda 12-13 yaşım vardı. Bu fantastik film məni öz sehrinə salmış, sirli bir aləmə götürmüşdü. Dönə-dönə baxır, “doydumdemirdim. Qəlbimdə qəribə hisslər dolaşırdı, elə bilirdim bu mənim filmimdi, yalnız mənim. Ekrandakı gözəl-göyçək, alagöz qıza vurulmuşdum, onu hər kəsə qısqanırdım.

O vaxtdan mənim dənizli, okeanlı dünyam başladı, hansısa bir dənizin, okeanın İxtiandrı olmaq istəyi keçirdi xəyalımdan. İstəyirdim köpək balıqlarının qıc vurub qıcıldadığı sularda o gözəl Quttierenin imdadına mən çatım, onu mən xilas eləyim. Sən demə, tay-tuşlarım da eynən mənim yaşadığım hissləri yaşayırmışlar. Oğlanların sayı qədər İxtiandrvardı qəsəbədə.

Dərsdən sonra qaçırdım köhnə çaxır zavodunun yerindəkişirəxanadeyilən hovuza, axşamacan sudan çıxmırdım. Su vur-tut iki adam boyunda olsa da, mənə elə gəlirdi əlçatmaz dərinliklərdə üzür, hey üzürəm. Elə bilirdim bu kiçik-kiçicik hovuzdan hansısa okeana yol açılır. Susuz qala bilmirdim məndən ötrü susuzluq havasızlıq təki dözülməz idi. “Sucüllütüdeyirdilər mənə. Bu söz ürəyimi yaralayırdıməniAmfibiya adamçağıran yox idi...

Amfibiya adambədii filminin bəyaz pərdəyə çıxdığı vaxtdan yarım əsrdən çox bir müddət keçib. Bu zaman kəsiyində çox ekran əsəri yaranıb, populyarlığını uzun müddət saxlamaq isə hər filmə nəsib olmur. “Amfibiya adamfantastik filmi bu gün ekranlardan düşmür, maraqla baxılır. Onun seyrçiləri, pərəstişkarları arasında uşaqlar da var, böyüklər , amma mən deyərdim ki, bu, daha çox gənclərin, gəncliyin filmidir.

Ötən əsrin 50-60- illərində fantastik ədəbiyyata meyl artmışdı. Nəşriyyatlar oxucu tələbatanı nəzərə alaraq, fantastik əsərlərin çapına geniş yer verirdi. Təbii ki, kinematoqraf da bu axından kənarda qala bilməzdi.

Aleksandar Belyaevin bu fantastik əsərinə rejissor Vladimir Çebotaryov, demək olar ki, təsadüfən müraciət edib. Romanda müxtəlif nəsillərin nümayandələrini canlandıran mənfili-müsbətli personajların simasında insanların həyata baxışı, sevgi məhəbbətə münasibətləri canlı boyalarla təsvir edilir. Rejissor bütün bunları filmdə görmək istəyirdi.

Çebotaryov belə bir əsərin indiyədək diqqətdən kənarda qalmasının səbəbini yaxşı bilirdi, bilirdi ki, fantastik filmin çəkilişi texniki baxımdan mürəkkəbdir bu üzdən indiyəcən heç kim belə bir məsuliyyəti öz üzərinə götürmək istəməyib. Bu işə əl bulasa, kimi çətinliklərlə qarşılaşacağı da ondan ötrü sirr deyildi, üstəlik bu sahədə rejissorun təcrübəsi yox idi. Bunlar bir yana, aktyor seçimi müşkül məsələ idi, fantastik filmin personajlarını hər aktyora etibar etmək olmazdı. Çebotaryovu düşündürən, narahat edən bir qayğı da məhz baş rolların oyunçularını tapmaq idi, xüsusən İxtiandr rolunun ifaçısını. İxtiandrı elə bir aktyor oynamalıydı ki, fantastik hadisələrin dərinliyinə dala bilsin. Aktyorun zahiri görünüşü, üzünün cizgiləri, ifadəsi, davranış manerası əsərdəki personaja uyğun gəlməliydi. Ən başlıcası isə taleyin hökmündən suda-quruda həyat sürməyə, sonda yalnız okeanda yaşamağa məhkum olmuş bir gəncin duyğularını, məhəbbətini, həyat eşqini tamaşaçıya çatdırmaq idi. Bu isə aktyordan böyük bacarıq, ustalıq tələb edirdi. Real qəhrəmanlardan fərqli olaraq, fantastik qəhrəmanları tamaşaçıya sevdirmək o qədər asan deyildi. Çebotaryov bu rolda gözlərində dəniz maviliyi, dəniz dərinliyi olan bir gənc görürdü. Uzun axtarışdan sonra teatr institutunun birinci kurs tələbəsi Vladimir Korenevin üzərində dayandı. O, seçimində yanılmamışdı. Sonradan mətbuatda yazırdılar ki, filmin uğurlu alınmasında aktyor seçiminin əhəmiyyəti danılmazdır. Vladimir Korenev onun tərəf-müqabili Anastasiya Vertinskaya gənc olsalar da, oynadıqları rolların öhdəsindən bacarıqla gəldilər. İstedadlı aktyor Mixail Kazakov da filmdə rol almış, bədxah, xəbis Zurita obrazını özünə məxsus bir ustalıqla yaratmışdı.

Filmin romantik müsbət qəhrəmanları da vardı, onlara qarşı qoyulmuş rəqibləri , yəni mənfi obrazları da. Tamaşaçı müsbət qəhrəmanları sevməli, onun keçirdiyi hissləri yaşamalı, elə bir o qədər mənfi qəhrəmanlara nifrət bəsləməliydi. Bir növ, mövzuya klassik ənənəçilik prinsipindən yanaşılmalıydı, yəni xeyirlə şərin mübarizəsi sonda xeyirin şər üzərində qələbəsi. Bir dəniz, daha doğrusu, okean obrazını görürük filmdə, ilk baxışdan lacivərd sularıyla insanı məftun edən, yeri gələndə köpüklü nəhəng dalğalarıyla insanın üstünə gələn dərinliklərində min bir sirr gizlədən müəmmalı okean obrazı.        

Vladimir Korenevə dənizi sevdirməyə, ona dəniz sevgisi aşılamağa gərək yox idi. O, 1940- ildə Qara dəniz sahillərindəSevastopol şəhərində, hərbi dənizçi ailəsində doğulub. Korenev müsahibələrindən birində deyirdi ki, mən dənizin vurğunuydum. Uşaq vaxtı qayıq modelləri düzəltməyi, atamla hərbi gəmilərə getməyi çox xoşlayırdım. Dəniz romantikası mənə yaxın idi, dəniz mövzusunda çəkilmiş rəsm əsərlərinə marağım vardı...

Çəkilişə başlamazdan əvvəl, altı ay müddətində Vladimir on altı yaşlı həmkarı Anastasiya dalğıclıq bacarığına yiyələnmək üçün ciddi məşq keçdilər onların səyi sayəsində bir çox epizodlar dublyorsuz çəkildi. On beş-iyirmi metr dərinlikdə çəkiliş aparmağın çətinliyini təhlükəli olmasını hamı yaxşı başa düşürdü. Sualtı çəkilişlər zamanı Vladimir Korenevin həyatının təhlükədə qalan anları da olmuşdu. Belə səhnələrin çəkilişində Korenevi sualtı idman üzrə çempion Anatoli İvanov əvəz edirdi. Aktyorlarla yanaşı kinooperator Eduard Kozlovski çətinliklərlə az qarşılaşmırdı. Filmdəki səhnələrin canlı, inandırıcı təsviri bilavasitə onun adıyla bağlıdır. Yeri gəlmişkən deyim ki, Kozlovski ustalığının daha bir parlaq nümunəsi tamaşaçıların çox sevdiyiSəhranın bəyaz günəşifilmindəki işidir.

Filmin çəkiliş qrupu elə ilk günlərdən texniki imkansızlıqdan yaranan bir sıra problemlərlə qarşılaşmalı oldu. Sualtı epizodlarda baş rolların ifaçıları müəyyən çətinliklərlə rastlaşsalar da, Çebotaryov məhz natura çəklişlərinə üstünlük verirdi ki, bu da filmdəki hadisələri daha maraqlı inandırıcı edirdi. Texniki çətinliklərdən biri fauna florası ilə çox da zəngin olmayan Qara dənizdə okean mənzərəsi yaratmaq idi. Köpək balıqları delfinlərlə bağlı epizodların çəkilişində xüsusilə  çoxlu problemlər üzə çıxırdı. Havaların soyuması da bir tərəfdən əngəl yaradırdı. Bütün bunlara baxmayaraq, çəkilişlər müvəffəqiyyətlə başa çatdı Amfibiya adam” 1961-ci ilin sonunda ekranlara çıxdı.

Film ilk nümayişdən tamaşaçıların rəğbətini qazansa da, qəribədir ki, yuxarılardan amansız tənqid atəşinə məruz qaldı. Müvafiq təşkilatlardaAmfibiya adamı ideoloji yükü, ağırlığı olmayan bir kino lenti kimi görür, rejissoru romandakı ideyadan uzaqlaşmaqda günahlandırırdılar. Tənqid filmə çox sərt yanaşırdı. 1962-ci ildə İtaliyanın Triest şəhərində keçirilən fantastik filmlər beynəlxalq kinofestivalındaGümüş yelkənmükafatına layiq görüləndən sonra tənqidçilərin bu ekran əsərinə münasibəti dəyişdi. Əlbəttə, əsl sözü onlardan öncə tamaşaçılar demişdi.

Filmə baxanlar, əlbəttə ki, onun musiqisinə qiymət verməmiş deyillər, çünki musiqi filmin ideya məzmununa tam cavab verir. Təsadüfi deyil ki, “Amfibiya adamekranlara çıxandan sonra onun musiqisi dillərdən düşmürdü. Filmdəki mahnını konsertlərdə, stadionlarda, restoranlarda sevə-sevə oxuyurdular. Rejissor Vladimir Çebotaryov müsahibələrindən birində deyir ki, musiqini sifariş verəndə biz Bakıda çəkilişdəydik. Lent yazısını göndərdilər, dinlədim, doğrusu, ürəyimə yatmadı. Çünki melodiyada istədiyim romantika yox idi, o, filmin tələblərinə cavab verəcək stildə, müasir ruhda yazılmamışdı. “Lenfilmdəki etirazlara baxmayaraq, mən yeni bəstəkar axtarmalı oldum. Leninqraddan tanıdığım Andrey Petrovu Bakıya dəvət elədim. Çəkilmiş materiallarını göstərdim. Çox yaxşı ki, o, filmin ruhunu tuta bildi. Leninqrada qayıdandan on gün sonra yazdığı musiqini  mənə göndərdi. Bu, qeyri-adi, ecazkar musiqi nömrələriydi demək olar ki, bu filmlə bəstəkar Andrey Petrov çox qısa bir müddətdə məşhurlaşdı, sevildi. Onun musiqisinin səsi-sədası haralarda eşidilmədi? Andrey Petrov istedadlı bəstəkar idi, qalırdı ondakı potensialı üzə çıxarmaq missiyası, onu daAmfibiya adamyerinə yetirdi. 

Amfibiya adamyalnız musiqisiylə deyil, janrı, mövzusuyla da ölkənin kino tarixində yeni bir addım, yeni bir səhifə idi. Film yaradıcı kollektivə, o cümlədən baş rolların gənc ifaçılarına rejissor Vladimir Çebotaryova şöhrət qazandırdı. Onlar bu şöhrətə layiq idi. “Amfibiya adamyaddaqalan, bu gün maraqla baxılan kino əsəri kimi öz ekran həyatını yaşamaqdadır.

Tələbəlik həyatının ilk günlərindən populyarlaşması Vladimiri yalnız tamaşaçılara deyil, eyni zamanda, müəllimlərinə, tələbə yoldaşlarına da sevdirdi. Korenevi milyonlara sevdirən idi? Hər şeydən əvvəl, səmimiliyi, roldakı sərbəstliyi, obraza girmək bacarığı, qəhrəmanın yaşadığı hissləri tamaşaçıya çatdıra bilmək qabiliyyəti. Elə ona görə tamaşaçıAmfibiya adamfilmindəki fantastik bir qəhrəmanıİxtiandrı az qala reallıq kimi qəbul edir. 

Amfibiya adamdan sonra Korenevin kinoda elə parlaq rolu olmayıb. Daha çox teatr yaradıcılığına üstünlük verən aktyor 1998-ci ildə Rusiyanın xalq artisti fəxri adına layiq görülüb.

Korenevlər ailəsini aktyorlar ailəsi adlandırırlar. Hələ 1960- ildə birinci kursda oxuyarkən Vladimir gələcək həyat yoldaşı Alla Konstantinovayla tanış olmuşdu. Alla ondan iki kurs yuxarıdaydı. Tezliklə onların birgə teatr həyatı birgə ömür yolu başladı. Onlar bu günədək qızları İrina ilə birgə Stanislavski adına teatrda çalışırlar. Vladimir Borisoviç teatrın aparıcı aktyorlarındandır demək olar ki, hər axşam səhnəyə çıxır. Tamaşaçılar onun hər çıxışını maraqla qarşılayır, onun qəhrəmanlarını sevirlər. Aktyor özü deyir ki, kino telefon məhəbbətinə bənzəyir, sevgilinin üzünü görmürsən, teatrda isə aktyor tamaşaçıyla üz-üzə, göz-gözədir.

Amfibiya adamBakı tamaşaçılarına, necə deyərlər, bir köynək yaxındır, ona görə ki, filmin çox epizodları paytaxtımızda çəkilib. Ümumiyyətlə, Bakı kinogenik şəhərdi, burada çox filmlər çəkilib, şəhərin köhnə küçə xiyabanları aktyorların özünü ifadə etdiyi natura pavilyonu olub bir növ. Dekorasiyalar qurmaqla İçərişəhərin mənzərəsini Latın Amerikası şəhərinə bənzətmək elə çətin deyildi. Bakının o vaxtkı mənzərəsi, müğənni qızınEy moryak! slişkom dolqo plaval...” – deyib oxuduğu məşhurNərgizkafesi adamda nostalji hissləri oyatmaya bilmir. “Amfibiya adamfilminin çəkilişi üçün məhz Bakının seçilməsi təsadüfi deyildi.

Bu, Koronevin Bakıya ilk səfəri, Quttiere rolunun ifaçısı Anastasiyanın isə ikinci gəlişi idi. 1946- ildə Azərbaycan Dövlət Filarmoniyasında məşhur müğənni-şanson Aleksandr Vertinskinin konsertinə şəhərin yüksək zümrəsindən olanlar, musiqisevərlər gəlmişdilər. Aleksandr Vertinski səhnəyə kiçik qızları Marianna Anastasiya ilə birlikdə çıxdı, şeir söyləyib konserti açdı. Anastasiyanın Bakı ilə ilk görüşü belə oldu. Bəlkə bu xatirələr üç-dörd yaşlı Nastyanın yadına-yaddaşına həmişəlik həkk olmuşdu on üç il sonra Bakıya çəkilişə gələndə, heç şübhəsiz, atalı günlərini, bu şəhərdə keçirdiyi o qayğısız anları xatırlamışdı.

Anastasiya Vertinskaya aktrisalığa kinodan gəlib. İlk rolunu QrininAl yelkənlərəsəri əsasında çəkilmiş filmdə oynayıb. O, Assol obrazını sevmiş tamaşaçılara da sevdirə bilmişdi. Məhz ilk uğurlarına görə Anastasiya rejissorların diqqətini çəkməyə başlamışdı. Onu bir-birinin ardınca yeni rollara dəvət edirdilər.

1963- ildə  Anastasiya  Şukin adına teatr institutuna daxil oldu. On doqquz yaşlı qız instituta artıq parlaq bir sənət ulduzu kimi gəlmişdi, necə deyərlər, şəfəqi göz qamaşdırırdı. O, milyonların tanıyıb sevdiyi, pərəstiş etdiyi aktrisaydı. Əlbəttə, gənc yaşlarında belə şöhrət qazanmaq hər kəsə nəsib olmur. Kursda ona vurulan oğlanlar, həsəd aparan qızlar çox idi. Anastasiya sanki bütün bunları görmürmüş kimi davranır, burnunu dikəldib özünü dartmırdı, demək istəyirdi ki, baxın, mən sizin kimi adi bir tələbəyəm. Anastasiyanın zahiri görünüşü aktrisalıq sənəti üçün çox uyğun idi: zərifliyi, məsum baxışı, ifadəli çöhrəsi onu impressionist rəssamların  fırçasından çıxmış gözəl qızlara bənzədirdi.

1964- ildəHamletfilminin ekranlara çıxması kino sənətində hadisə kimi qarşılandı. Filmdə tanınmış sənətkarlar: Smoktunovski,  Mixail Nazvanov, Yuri Qolubev başqaları çəkilmişdi. Ofeliya rolunda isə Anastasiya Vertinskaya idi. Ofeliyanı oynamaq hansı qızın arzusu deyildi? Ən başlıcası budur ki, Anastasiya Ofeliyanın həyatını yaşaya bilmişdi. Üç ildə bir-birinin ardınca üç filmdə oynamaq o dövr üçün əsl sensasiya idi belə xoşbəxtlik az-az sənətkara müyəssər olurdu. Belə baxanda, Nastyanı bəxti gətirmiş aktrisa adlandırmaq olardı. O özüHamletdəki rolunu daha çox bəyənirdi, öz üzərində yorulmadan çalışır, oxuyur, öyrənir, sübut eləmək istəyirdi ki, möcüzə yaratmaq insanın öz əlində, əməlindədir. Hər halda, Ofeliya onun yaradıcılıq həyatında daha bir sınaq idi aktrisa bu sınaqdan da üzüağ çıxa bilmişdi. Film beynəlxalq festivallarda yüksək qymətləndirildi gənc aktrisanı xarici ölkələrdə tanıtdı. Anastasiya deyirdi ki, Smoktunovski kimi sənətkarla tərəf-müqabil olmaq mənə çox şey verdi, mən onun sənət mətbəxinə yaxından bələd olanda bildim ki, aktyorluq yalnız peşə deyil, o, sirlərlə, müəmmalarla dolu nəsə bir mistikadır. Ofeliyadan sonra mən qəti əmin oldum ki, kino, teatr mənim taleyimdir, mən bu yolu tutub getməliyəm.

Rejissorlar ondakı potensial imkanlara güvənirdilər, bilirdilər ki, gənc aktrisanın daha böyük uğurları hələ irəlidədir.

Teatr institutunda oxuduğu vaxt tale onun üzünə daha bir qapı açdı, Sergey Bondarçuk onuHərb sülhkinoepopeyasında Liza Bolkonskaya roluna dəvət etdi. Liza rolu epizodikdir, amma Anastasiya bu rolu elə ustalıqla oynamışdı ki, tənqidçilər aktrisanın oyununu az qala baş rollarla bir sırada tuturdular. Aktrisa müsahibələrinin birində deyir ki, çox yerdə məni məşhur Aleksandr Vertinskinin qızı kimi qəbul edirdilər, ya da tərifləyirdilər ki, sən gözəlsən. Mən bu fikirlərlə barışmırdım, çünki kimin qızı olmağım, gözəlliyim mənim xidmətim deyildi. İstəyirdim desinlər ki, sən yaxşı aktrisasan, bax, bu olardı mənim xidmətim.

70-80-ci illərdə teatrla kino Anastasiya Vertinskayanın yaradıcılığında bir vəhdət təşkil edirdi. Bu paralellik aktrisanı yormurdu, teatrda oynaya-oynaya filmlərdə çəkilirdi. O 1980-ci ildə ekranlaşdırılanOvodfilmindəki Cemma obrazıyla Andrey Xaritonovla tərəf-müqabil oldu. Rejissor Leonid Pçyolkinin Cek Londonun əsəri əsasında ekranlaşdırdığıOğurluqfilmində isə aktrisa yenidən Smoktunovski ilə birlikdə baş rolda çəkildi. Yeni filmlər ona yeni uğurlar qazandırdı.

Georgi DaneliyanınQəm yeməfilminə ilk dəfə baxanda mən Anastasiyanın Meri roluna çəkilməyini onun ana tərəfdən gürcü qarışığı olması ilə əlaqələndirirdim. Fikirləşirdim ki, əlbət, rejissor buna xüsusi məna verib. Çox sonralar oxuduğum bir yazıda bu suala cavab tapdım. Daneliya yazırdı ki, Revaz Qabriadze ilə mən Anastasiyada gürcü qanı olduğunu unutmuşduq, ssenarini oxuyanda, sadəcə, belə qərara gəldik ki, Merini məhz Vertinskaya oynamalıdır. Ona görə ki, qəhrəman gözəl, kübar bir qız idi Nastya bu rola çox uyğun gəlirdi...

Qəm yeməsovet prokatında ən çox göstərilən filmlərdən biriydi. Kino tənqidçiləri bu ekran əsərinin uğurlarından az yazmır, Anastasiyanın müvəffəqiyyətli oyununu dönə-dönə qeyd edirdilər...

80-ci illərin əvvəlləri idi. Asiya, Afrika Latın Amerikası Ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında türkiyəli prodüser Sabah Duru məni Nikita Mixalkovla tanış etdi. Mixalkov 14-15 yaşındakı qamətli yeniyetməni mənə göstərib dedi ki, bu, oğlum Stepandır... Tədbirlərdə, ziyafətlərdə tez-tez rastlaşırdıq. Stepan ingiliscə sərbəst danışdığından, xaricilərlə söhbətlərdə hər kəsin köməyinə yetişirdi, bir növ, tərcümanlıq edirdi. Gənc olsa, davranışından, özünü aparmasından hiss olunurdu ki, yaxşı tərbiyə görüb. Sabah Duru mənə birsirr açdı, dedi Stepanın anası da məşhur aktrisadır, Anastasiya Vertinskayadır... O vədə sənət adamlarının şəxsi həyatı, bir növ, pərdə arxasında qalır, mətbuatda bu haqda söhbət açılmırdı. Nikita Mixalkovla Anastasiya Vertinskaya hələ tələbə ikən evlənmişdilər, bir övladları olmuş, üç ildən sonra ayrılmışdılar. Bu ayrılıqdan söhbət düşəndə Anastasiya günahın çoxunu öz boynuna götürür, deyirdi ki, Nikita məni daha çox evdar qadın kimi görmək istəyirdi, mənsə sərbəstlik axtarır, azad-asudə olmaq istəyirdim. Bax, burda bizim fikirlərimiz ayrıldı bu da boşanmaya gətirib çıxardı...

Stepan atasının himayəsində qaldı. O, valideynlərinin yolu ilə getmədi, biznesmen oldu. Hal-hazırda reklam işlərinə rəhbərlik edir, restoranları var. Sənətdən uzaqlaşmış Anastasiya Vertinskaya oğlunun biznesində ona gömək eləyir, nəvələrinin tərbiyəsilə məşğul olur. Sənətdən uzaqlaşmağına peşman deyil, özünün dediyi kimi, bu yaşda hansısa bir yelbeyin qarı ya qatil anası rolunu oynamaq istəyi yoxdur...

Zaman öz hökmünü göstərir, bir vaxtlar gözəlliyilə hamını məftun edən gənc Anastasiyanın göyçək, saf məsum çöhrəsi neçə-neçə kino personojlarının simasında, o cümlədənAmfibiya adamdakı Quttiere obrazında yaşayır. Quttiere aktrisanın özünün sevdiyi obrazdır. Bəlkə , hansısa xüsusiyyətlərinə görə onun öz oynadığı personaja həsəd apardığı anlar da olub. Filmin çəkilişi bitdikdən sonra o demişdi: “Quttieredən ayrılmaq mənə ağırdır...”. Bəli, filmin böyük uğur qazanmasında, heç şübhəsiz, Anastasiya Vertinskayanın da öz payı var, hətta əvvəzsiz payı var. Onun ekran qəhrəmanına hələ vurulurlar. Nəsillər dəyişir, Anastasiyanın Quttieresinə olan sevgi, məhəbbət isə dəyişmir...   

Amfibiya adamaltmışıncı illər romantikasının himniydi. Bu film zamanı qabaqlamaq eşqiylə yaşayan, min bir həvəs ümidlə gələcəyə baxan insanın utopik düşüncəsinin, təxəyyülünün məhsuludur. “Amfibiya adamuşaq dünyasına yeni bir oyun bəxş eləmişdi hər kəs bu oyunun İxtiandrı olmaq istəyirdi. Bu film gənclərə sevgi-məhəbbət hissləri aşılayırİxtiandr sevgisi, məhəbbəti. Fantastik eşqin fantastik duyğuları... Korenev deyir ki, “Amfibiya adamfilmindəki rolum, sualtı çəkilişlər, dərinlikdəki ecazkar mənzərələr dənizi mənə daha da sevdirdi. Suyun altındakı sakitlik, ünsüzlük məni məftun eləmişdi...” Əslində, bu film dənizi yalnız Vladimir Korenevə yox, həm milyonlarla tamaşaçıya sevdirmişdi. Qızlar dəniz sahilinə gəlib, hündür qayalıqdan köpüklü dalğaları seyrə dalır, inanırdılar ki, mavi sularda mavi gözlü oğlanAmfibiya adam yaşayır...

 





12.05.2014    çap et  çap et