525.Az

Sərnişin mikroavtobusu ilə minik maşını toqquşdu


 

Sərnişin mikroavtobusu ilə minik maşını toqquşdu<b style="color:red"></b>

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda sərnişin daşıyan mikroavtobus minik maşını ilə toqquşub, ağır xəsarət alanlar var.

APA-nın məlumatına görə hadisə yolun 96-cı kilometrliyində, Oğuz rayonu ərazisində qeydə alınıb. Şəki sakini, 1987-ci il təvəllüdlü Hümbətov Tehran Məhyəddin oğlu Bakı-Şəki marşurutu üzrə idarə etdiyi 90-MP-131 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Oğuz sakini, 1976-cı il təvəllüdlü İsgəndərov Telman Fərman oğluna məxsus 90-DT-680 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də mikroavtobusun sərnişinləri -1957-ci il təvəllüdlü Mustafayeva Südabə Salman qızı, 1973-cü il təvəllüdlü Əlimov Adil Məmməd oğlu, 1967-ci il təvəllüdlü Rəsulov Ayaz Feyzulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Daha 3 sərnişin isə yüngül xəsarətlə xəstəxanaya müraciət edərək ambulator müalicə alaraq evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 





22.10.2012    çap et  çap et