525.Az

İbrahim Tatlısəs boşanır


 

İbrahim Tatlısəs boşanır<b style="color:red"></b> İbrahim Tatlısəs həyat yoldaşından ayrılaraq evi tərk edib. Keçən il hücuma məruz qalaraq sol tərəfi iflic olan müğənni xəstəxanada evləndiyi Ayşegül Yıldıza əsəbləşib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, keçən ay köməkçisi Emre Ergenin toyunda iştirak edən İbo “masaya gəldimsə mənə baxmalısan, Ayşegül xanım” deyərək səbəbsiz yerə səsini qaldırıb.

15 gün əvvəl 5 aylıq hamilə həyat yoldaşını tərk edən müğənninin bu hərəkətinin də səbəbi məlum deyil. Qeyd edək ki, Ayşegül Yıldız “İmperator”un 6-cı uşağını dünyaya gətirməyə hazırlaşır.
 





22.10.2012    çap et  çap et