525.Az

DİN Beyləqanda baş vermiş qətl hadisəsi ilə baglı məlumat yayıb


 

DİN Beyləqanda baş vermiş qətl hadisəsi ilə baglı məlumat yayıb<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi Beyləqanda törədilən ağır qətl hadisəsi ilə bağlı məlumat yayıb.

525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 21-də Beyləqan rayon sakini polisə zəng edərək, qəsəbə ərazisində 4-5 nəfər arasında mübahisə olması, onlardan birinin atəş açaraq digərini yaraladıqdan sonra «VAZ-2106» və 2 ədəd «Niva» markalı avtomaşınlarda getmələri barədə məlumat verib.

Araşdırmalar zamanı müəyyən edilib ki, Beyləqan şəhər sakini Ruhi Mahmudov, Mahir Əliyev, Mahir Hüseynov, Vasif Əsədov və Natiq Muradxanovun qəsəbə ərazisində ov edərkən, oraya Beyləqan rayon Ovçular Cəmiyyətinin sədri Allahyar Süleymanov, onunla birgə olan Ruslan Alxanov və Əbülfət Cəfərov gəliblər. E.Süleymanov onlardan tüfənglərini təhvil verməyi tələb edib. Tələb yerinə yetirilmədiyindən A.Süleymanov tüfəngi dartıb almağa cəhd göstərərkən atəş açılıb. Nəticədə A.Süleymanov aldığı xəsarətdən ölüb, R.Alxanov və Ə.Cəfərov isə xəsarət alıblar.

 





22.10.2012    çap et  çap et