525.Az

Balakəndə partlayış-yaralılar var


 

Balakəndə partlayış-yaralılar var<b style="color:red"></b> Balakəndə evdə partlayış olub, xəsarət alanlar var.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Balakən rayonu, Sarıbulaq kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 3 otaqlı evin mətbəxində qaz sızmasından partlayış baş verib.

Yanğın hadisəsi olmayıb. Partlayış nəticəsində 4 nəfər ev sakini yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 





22.10.2012    çap et  çap et