525.Az

Xalq yazıçısı Elçinə ötən ilin gecikmiş məktubu


 

Xalq yazıçısı Elçinə ötən ilin gecikmiş məktubu<b style="color:red"></b>

Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının fövqündə parlaqcasına dayanan görkəmli ədibimiz teatr xadimimiz, Xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyevin 13 may 2013- tarixində Akademik Miili Dram Teatrında yetmiş illik yubiley təntənəsi çox sadə şəkildə, lakin ictimaiyyətin isti münasibəti böyük sevgisi ilə, əsl sənətkara layiq məhəbbətlə keçirildi. Ən mühümü isə bu idi ki, təbriklərdən sonra dramaturqun "Sənətkarın taleyi" tamaşasının növbəti premyerası oynanıldı bu da tədbirə möhtəşəmlik gətirdi, dolğun bir rəng qatdı. Görkəmli ədib xalq yazıçısına layiq, həqiqi bir məhəbbətlə, sənətkarcasına qarşılandı alqışlandı.

İl 2013, gün 13 may. Belə bir seçilmiş tarixin qovşağında, bir baharın dodaqlarında yalnız yalnız təbəssüm oynayan zamanında ömrün müdriklik çağına yetişmək tək-tək insanlara nəsib olur desəm, əminəm ki, hər kəs mənimlə razılaşar. Hər kəs mənimlə onda da razılaşar ki, ömrünü bütünlüklə Tanrının bir tək seçilmişlərə nəsib etdiyi bir ucalığa həsr etmiş hər seçilmişə belə bir xoşbəxtlik nəsib olmur...

Mən uzun illər Elçinin yaradıcılığını araşdıran bir alim kmi onun yaradıcılığında şəxsiyyəti ilə həmahəng olan bir incə məqamı yazılarımda həmişə bu ya digər formada açmağa çalışmışam.

Yazıçı Elçin - İnsan Elçin.

Bütün yaradıcılığı boyu çox incə qırmızı xətlə həqiqətin yoluna işıq salan Elçin; insan meyarını yüksəkdə tutan cəmiyyətin diqqətini bu məsələdə ehtiyatlı olmağa çağıran Elçin; böyük vətəndaş yüksək duyğularla xalqına, millətinə, Vətəninə, dövlətinə sədaqətlə bağlı olan səmimi Azərbaycan övladı Elçin; teatr sənətinin böyük təəssübkeşi, ümumilikdə mədəniyyətin incəsənətin əsl hamisi qayğıkeşi olan Elçin; hələ sovet ideologiyasının qılıncının hər iki tərəfinin iti kəsdiyi bir zamandan özgürlüyümüzü cani-dildən arzulayan, "Vətən cəmiyyəti"ndə fəaliyyət göstərərkən bu istiqamətdə daima çalışan, dünya azərbaycanlılarının arasında əlaqələr quran, vətənə məhəbbət eşqi aşılayan müstəqilliyimizə qovuşduqdan sonra müstəqilliyimizi bütün varlığı ilə sevən ona vicdanla, ləyaqətlə xidmət göstərən, əsl azərbaycanlı keyfiyyətinin ali göstəricisi miqyasına nümunə olacaq qədər yüksələn Elçin.

Yazıçı Elçin - tənqidçi Elçin.

Yaratdıqları ilə ədəbi kəhkəşanda yeni nəfəsi, ruhsal ovqatı ilə, şirin dili özünəməxsus manerası ilə parlaqcasına seçilən, bir gecənin içinə min illərin təxəyyül dünyasını yerləşdirə bilən, ədəbi tilsimi ilə oxucunun idrakına sirayət edən Elçin; publisistik yazılarında, istər ədəbi, istərsə   teatr tənqidi barədə olan fikir dünyasında bənzərsiz bir məktəb yarada bilən, ədəbi yazılarını öz tənqid maşınında yoğuran, həm yazdığı tənqidləri həssas yazıçılıq qüdrətinin ovqatı ilə cilalayan Elçin; nəhayət fitri istedadı fövqəladə zəhməti sayəsində böyük ədib zirvəsinə yüksələn Azərbaycan ədəbiyyatının görkəmli simaları sırasına ucalan Elçin...

Tədbirdə gözəl alimimiz Nizaməddin Şəmsizadə Elçin haqqında səhnədən çıxışı zamanı publisist Elçinlə yazıçı Elçini müqayisələndirərkən təxminən belə bir fikir söylədi ki, "Elçin publisistikasına yazıçılıq fəhmi ilə qüdrət qatan bir ədəbiyyat adamıdır". Bəli, bu, həqiqətən belədir, lakin bunun daha başqa bir sirri ondadır ki, Elçin yazıçılıq fəhmi ilə publisistikasına qüdrət gətirirsə, publisistik qüdrəti ilə yazıçılıq fəhmini özünütənqid kəsəri ilə zənginləşdirə bilir. Məncə belə demək doğru olar ki, Elçin bütün hissləri duyğuları ilə yazıçıdır bütün ruhu ilə publisistdir, eyni zamanda Elçin bütün varlığı ilə ədəbiyyat adamı olduğu kimi, üstəgəl, son dərəcə təəssübkeş teatr xadimi vicdanlı dövlət adamıdır. Elçin böyük anlamda mükəmməl insandır.

Yubiley ərəfəsində Elçin müəllimi təbrik üçün qəzet səhifələrində çoxlu sayda təbriklər müxtəlif xarakterli yazılar dərc olundu. Belə bir addımı mən düşünürdüm, lakin fərqli bir təbrikə hazırlaşırdım. Elçin müəllim haqda çapa verdiyim kitabın sürprizi ilə təbriklərə qatılmağı nəzərdə tutmuşdum, lakin mətbəə gecikdirməsi məni məyus etdi. Amma düşündüm ki, bu məyusluq bir o qədər kədərli deyil. Nəzərə alsaq ki, ömrünün 71-ci baharına qədər Elçin müəllimin yubiley ilidir, demək ki, il boyu hər an təbrik etmək olar. Gecikmək heç "var olmamaq" demək deyil. Əsas olan odur ki, Elçin Əfəndiyevə qarşı olan səmimi münasibətim yalançı populistlikdən çox-çox uzaqda dayanır bu həqiqi səmimiyyət elə həqiqətən səmimi hisslərin həqiqətidir.

Bu fikrin təsdiqi "Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi" adlı elmi monoqrafiyamın ilk səhifəsində yer alan müəllif sözündə bütün dolğunluğu ilə öz əksini tapır: "Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyevin anadan olmasının 70 illiyi yubileyi ərəfəsində elmi monoqrafiyam əsasında çap etdirdiyim, müstəqillik dövrü Azərbaycan teatrının inkişafında Elçinin müstəsna xidmətlərini aydınladan bu kitab ədibə böyük hörmət ehtiramımın təzahürüdür".

...Nəhayət kitab işıq üzü gördü. O andakı sevincimin həddi-hüdudu barədə danışmaq istəmirəm. Çünki belə sevinc hissləri sözlə çətin ifadə olunur. Yeddi illik zəhmətin nəticəsində könlümə dolan ruh yüksəkliyi qanad açıb məni ağlımın dərk edə bilmədiyi ənginliklərə uçurdurdu. Kitabın sevinci ilə bərabər təbrikə hazırlaşdım. Lakin nədənsə birdən-birə məndə belə bir hiss baş qaldırdı ki, öz zamanından sonra çiçək açan ağacın meyvəsi soyuqlara düşdüyü üçün yetişə bilmir. Odur ki, fikrimi dəyişdim belə bir orijinallığa qərar verdim ki, mən böyük ədibi hamıdan fərqli formada, yetmişin başlanğıcında deyil, sonunda, yetmiş birin başlanğıcına keçiddə, ömrünün yeni baharına qədəm qoyduğu ərəfədə təbrik edəcəyəm. Bununla da içimdəki "öz zamanından sonra çiçək açan ağacın meyvəsi soyuqlara düşdüyü üçün yetişə bilmir" sindromunu "Tanrının qüdrəti ilə yetişə bilir!" hikməti ilə alt-üst edəcəyəm. Bu işıqlı düşüncələr nurlu fikirlərlə ucadan səslənirəm: Əziz hörmətli Elçin müəllim! Ömrünüzün yetmişinci son baharından yetmiş  birinci ilk baharına qədəm qoyduğunuz məqam münasibəti ilə, Sizi rəhbərlik etdiyim C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi ilə birlikdə təbrik edir Sizə, böyük yaradıcılıq zirvəsinə yüksəltdiyiniz sənətkar ömrünün ucalığında sönməz ilham, can sağlığı, uzun ömür arzulayıram!

Hörmətlə, İftixar

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi

iftihar-piriyev@mail.ru

 





13.05.2014    çap et  çap et