525.Az

Əskişəhərdəki kitab təntənələrində Azərbaycan da təmsil olunub


 

Əskişəhərdəki kitab təntənələrində Azərbaycan da təmsil olunub<b style="color:red"></b>

2013- ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunmuş Əskişəhərdə ötən həftə silsilə tədbirlər keçirilib. Əskişəhərdə türk dünyasının ən müxtəlif yerlərindən 50- yaxın yazar naşir toplaşıb. Silsilə tədbirlər çərçivəsində ilk dəfə olaraq Türk Dünyası Kitab Sərgisi keçirilib. Sərgi Avrasiya Yazarlar Birliyi tərəfindən təşkil olunub.

Mayın 5- şəhərin Vilayət Meydanında açılışı baş tutan sərgidə şəhər valisi Güngör Azim Tuna, Türkiyənin təhsil naziri Nəbi Avcı, Azərbaycanın Xalq yazıçısı Anar, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, "Azərbaycan Naşirlər Poliqrafçılar" Birliyinin sədri Bəhruz Axundov, türk dünyasının tanınmış yazıçıları digər ziyalılar da iştirak ediblər.

Mərasimdə çıxış edən Yaqub Öməroğlu,Anar,Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, türkiyəli naşir Süleyman Koca, eləcə sərgiyə qatılan digər türkdilli xalqların nümayəndələri tədbirin əhəmiyyətini vurğulayıblar, sərginin qardaş xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmlənməsindəki rolundan danışıblar. Bu kitab bayramının yazıçılar naşirlərin qarşılıqlı birliyinə öz töhfəsini verəcəyini bildiriblər. Yüzə yaxın stendin qurulduğu mayın 10-dək açıq olan sərgidə kitabsevərlər türkdilli xalq toplumları təmsil edən naşirlərin nəşrləri, tanınmış yazarların əsərləri ilə yaxından tanışlıq imkanı əldə ediblər.  Bundan əlavə, sərgidə müxtəlif dərgilər, türk sənət nümunələri, elmi-publisistik məzmunlu kitablar da nümayiş etdirilib.

Sərgidə, həmçinin tanınmış yazıçıların imza günləri keçirilib, bir sıra yeni kitablar təqdim olunub.

Azərbaycan bu kitab bayramına 5 nəşriyyatla qatılıb. Naşirlərimiz tərəfindən təqdim edilən nəfis tərtibatlı kitablar iştirakçıların marağına səbəb olub. Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibinə daxil olan ədiblərimiz Anar, Aqil Abbas, İradə Tuncay, Pərvin digərlərinin imza günləri sərgiyə qatılanlarda maraq oyadıb. Qərara alınıb ki, Türk Dünyası Kitab Sərgisi ənənəyə çevrilsin. 

Tədbirlər çərçivəsində Azərbaycan nümayəndə heyətini Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da qəbul edib. Baş nazirə kitablarını təqdim edən yazıçılar Aqil Abbas, İradə Tuncay ədəbiyyatla bağlı söhbətlər aparıblar.

S.ABDULLAYEVA 

 





13.05.2014    çap et  çap et