525.Az

"XIV Ankara Hekayə Günləri"ndə Azərbaycan hekayəsi müzakirə edilib


 

"XIV Ankara Hekayə Günləri"ndə Azərbaycan hekayəsi müzakirə edilib<b style="color:red"></b>

Mayın 7-də ənənəvi "XIV Ankara Hekayə Günləri" çərçivəsində Ankara Universitetində Azərbaycan hekayəsi ilə bağlı ayrıca panel keçirilib. Panelin moderatoru Ərciyəs Universitetinin doktoru Sevinc Üçgül Azərbaycan ədəbiyyatı, nəsri barəsində ətraflı söz açıb. Sonra professor Hamlet İsaxanlı hekayə barədə məruzə ilə çıxış edib. Alim məruzədə Çexovun hekayələri ilə müqayisəli təhlil aparıb. Türk yazarı, Azərbaycan ədəbiyyatından çoxsaylı tərcümələr eləmiş İmdat Avşar tərcümə işinin çətinlikləri, üstünlükləri, problemlər və perspektivlərdən danışıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ədəbiyyatımızda hekayə janrı ilə bağlı fikir və mülahizələrini bölüşüb. Tədbirdə iştirak edənlərin  Azərbaycan ədəbiyyatı ilə bağlı sualları cavablandırılıb.

S.ABDULLAYEVA

 





13.05.2014    çap et  çap et